“Bu, dünya əhalisinin məhvinə səbəb ola bilər”

ABŞ-ın 18 kəşfiyyat qurumu iqlim dəyişikliyinin Amerika və qlobal təhlükəsizliyə yaratdığı təhlükə ilə bağlı 27 səhifəlik hesabat yayımlayıb. Hesabatda iqlim dəyişikliyinin səbəb ola biləcəyi fəlakətlərin qlobal qeyri-sabitliyə gətirib çıxaracağı, planetdə güc balansının dəyişə biləcəyi bildirilib. “İqlim Dəyişikliyi üzrə Milli Kəşfiyyat Proqnozu” adlı sənəddə deyilib ki, iqlim dəyişikliyi səbəbindən geosiyasi gərginliklər artdıqca ABŞ-ın milli təhlükəsizlik maraqları…

Ukraynanın Kropivnitski şəhərində “Xarıbülbül” adlı tədbir təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə Ukraynanın Kropivnitski şəhərində “Xarıbülbül” adlı tədbir keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Kropivnitski şəhər meriyasının, yerli ictimaiyyətin və Azərbaycan  icmasının  təmsilçilərinin  iştirak  etdiyi  tədbiri  giriş  sözü  ilə  Azərbaycan-Ukrayna  Beynəlxalq  Alyansının  sədri Elmar Məmmədov açıb. O, “Xarıbülbül” sözünün mənasının xalqımız…

Azərbaycan diasporu Ukrayna Prezidentinin Ofisindəki görüşdə iştirak edib

Ukrayna Prezidentinin Ofisində ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən diaspor təmsilçiləri və etnik xalqların nümayəndələri ilə toplantı keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbir dövlət başçısının Ukrayna müdafiəçilərinin hüquqlarının təmin olunması üzrə səlahiyyətli müşaviri Alyona Verbitskayanın təşkilatçılığı ilə baş tutub. Toplantıda Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov, “Əfqanıstan İcması” Milli…

Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görüldü

Təcavüzkar Ermənistanın ötən il Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar nəticəsində şəhid olan general Polad Həşimov Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb. Mükafat Ankarada baş tutan təltifetmə mərasimində şəhid generalın anası Səmayə Həşimovaya təqdim olunub. Mükafatı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Ankara valisi Vasip Şahin…

Yaponiya “nüvə potensialını” bərpa edir

Yaponiya bərpa olunan enerji mənbələrinin inkişafını və atom elektrik stansiyaları (nüvə elektrik stansiyaları) şəklində “nüvə potensialının” yenidən qurulmasını nəzərdə tutan yeni enerji siyasətini təsdiqləyib. Bu barədə “Associated Press” agentliyi xəbər verib. Məlumata əsasən, bu cür qaydalar karbon neytrallığına nail olmaq üçün lazımdır. Enerji planı təmiz enerji mənbələrindən istifadənin kəskin artırılmasını nəzərdə tutur. Yaponiya 2050-ci ilə…

Amerika konstitusiyasını hazırlayarkən, Türkiyə (Osmanlı) ilə məsləhətləşib

Türkiyədə Cümhuriyyətin elan edilməsinin 98-ci ildönümü ilə əlaqədar ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə qanun layihəsi təqdim edilib. Layihənin müəllifi Demokratlar Partiyasından olan konqresmen Stiv Kohendir. “Türkiyə Cümhuriyyəti xalqı və bütün dünyada yaşayan amerikalı türklərin Cümhuriyyət bayramının 98-ci ildönümünü təbrik edirik”, – layihədə bildirilib. Qanun layihəsində cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk “müasir Türkiyənin uzaqgörən lideri”…

Baydendən Moskvaya müsbət mesaj

“ABŞ Prezidenti Co Bayden Moskva ilə proqnozlaşdırıla bilən və sabit münasibətlərdə maraqlıdır”. Bunu ABŞ müdafiə naziri Lloyd Ostin NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra deyib. “Düşünürəm ki, Prezident Co Bayden Rusiya ilə proqnozlaşdırıla bilən və sabit münasibət istəyərdi”, – nazir söyləyib. Pentaqon rəhbəri bunun ABŞ və Rusiya kimi ölkələr üçün son dərəcə vacib olduğunu…

“Ukrayna NATO-ya daxil olarsa…”

Ukraynanın NATO-ya daxil olması Moskvanı buna reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli bir addım olardı. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “Biz düşünürük ki, bu, Rusiyanı buna müvafiq reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli addım olardı”, – deyə “RİA-Novosti” Rudenkonun sözlərindən sitat gətirir. O qeyd edib ki, alyans “istənilən addımın…

Ankaranın Suriyada əməliyyat siqnalı

Suriyanın şimalında Türkiyənin yeni əməliyyat keçirməsi haqda siqnal verməsi PKK/YPG qüvvələri daxilində təşvişə səbəb olub. Terror təşkilatı gənclər arasında zorla hərbçi toplamaq və gücünü artırmaq üçün yeni həmləyə başlayıb. Yerli qaynaqlardan əldə edilən informasiyaya görə, YPG-yə bağlı hərbi polis nümayəndələri dünən səhər saatlarında nəzarət məntəqələri və mobil patrullar sayəsində 40-dan çox gənci həbs edib. Terror…

“Qonşularla əlaqələrin zədələnməsinə icazə verməyəcəyik”

“Yad ölkələr bölgə xalqının yaxşılığını istəmir. Qonşularla əlaqələr İran üçün prioritetdir və İranla qonşuları arasında əlaqələrin zədələnməsinə icazə verməyəcəyik”. Bunu İran Prezidenti İbrahim Rəisi Şərqi və Qərbi Azərbaycan vilayətlərinin valiləri və millət vəkilləri ilə görüşdə deyib. “Yaxşı qonşuluq, iqtisadi və ticari əlaqələr, sərhəd bazarlarının aktivliyi İranın siyasətidir. Qonşularımızla ticarət və iqtisadiyyatın inkişafı bölgə ölkələri ilə…