“Türkiyə Avropadan fərqli olaraq nümunəvi mövqe nümayiş etdirir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin terror yuvasına çevrildiyini deyib. Bu barədə o, prezident iqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında danışıb. “Bu gün NATO-dakı və ya BMT-nin çətiri altında bir yerdə olduğumuz bəzi ölkələr quldurların sığınacağına çevrilib. Təəssüf ki, terrorçuların məsuliyyətə cəlb olunması üçün heç bir səy göstərilmir. Avropada yuva quran terror tərəfdarlarına qarşı tədbir…

Rusiyanın Ukraynadakı müharibəsinə Gerasimov rəhbərlik edəcək

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Ukraynada aparılan hərbi əməliyyatlar zonasındakı Birləşmiş Qüvvələr Qrupunun rəhbərliyində dəyişiklik edilməsi barədə əmr imzalayıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Baş Qərargah rəisi Valeri Gerasimov müharibə bölgəsindəki Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib. Həmçinin, Aerokosmik Qüvvələrin baş komandanı, ordu generalı Sergey Surovikin, quru qoşunlarının baş komandanı, ordu…

Prezident Vladimir Zelenski Lvovda görüş keçirib

Platform4.news xəbər verir ki, bu barədə çərşənbə günü dövlət başçısı məlumat verib. Prezident bildirib ki, əsas mövzu Ukraynanın şimal-qərb vilayətlərində təhlükəsizlik vəziyyətidir. Belarusla sərhəddə əməliyyat vəziyyətini müzakirə etdik. Prezidentin saytı xəbər verir ki, biz müvafiq ərazilərdə əks-təxribat tədbirləri barədə məlumat eşitmişik. Dövlət başçısına sərhəddəki istehkamların vəziyyəti və möhkəmləndirilməsi, o cümlədən Belarusla həmsərhəd rayonlarda sərhədçilərin və…

Ukrayna savaşı İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası yaradıb

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğası ilə nəticələnib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilib. “7,9 milyondan çox insan ölkəni tərk edib, daha 5,9 milyon insan isə məcburi köçkün vəziyyətinə düşüb”, – Komissarlığının bəyanatında deyilir. Bəzi rəqəmlərə görə, ümumilikdə fevralın 24-dən etibarən…

Ukrayna Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib. Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək. “Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var –…

“Rusiya tribunal qarşısında cavab verməlidir”

Müxtəlif siyasi dairələrdən olan yüksək rütbəli britaniyalı siyasətçilər birgə bəyanat yayaraq Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı hərəkətlərinin araşdırılması üçün xüsusi tribunal yaradılması tələbini dəstəkləyiblər. Leyboristlər Partiyasının lideri Keyr Starmer, NATO-nun keçmiş Baş katibi Corc Robertson, keçmiş xarici işlər naziri Devid Ouen və keçmiş mühafizəkar lider İen Dunkan Smitin də daxil olduğu siyasətçilər qrupu…

Tayvan yaxınlığında döyüş təyyarələri havaya qaldırıldı

Tayvan hərbçiləri gün ərzində adanın yaxınlığında 57 Çin döyüş təyyarəsi və dörd hərbi dəniz gəmisi aşkar ediblər. Bu barədə Tayvan hərbi departamentindən məlumat verilib. Tayvan ətrafında hava və dəniz məkanının müşahidəsi yanvarın 8-i səhər saat 6-dan 9-u səhər saat 6-dək aparılıb. Xalq Azadlıq Ordusunun 57 təyyarəsindən 28-i Tayvan Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında müşahidə olunub.…

Molla rejimi tələbələrinin saxlanılmasına etiraz edən qəzvinli müəllimi həbs etdi

Güney Azərbaycanın Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub. Qeyd edək ki, bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə…

Çində rüşvət alan məmur barədə ölüm hökmü verildi

Çinin şərqindəki Tayan şəhərində məhkəmə Liaonin əyalətinin Xalq Siyasi Məsləhət Şurasının (Şimal-Şərqi Çin) keçmiş sədr müavini Li Vensi barəsində 540 milyon yuan (indiki məzənnə ilə təxminən 78 milyon dollar) rüşvət aldığına görə ölüm hökmü çıxarıb. Hökm iki il gecikdirilməklə icra olunmalıdır. Eyni zamanda, dövlət təqsirləndirilən şəxsin bütün əmlakını müsadirə edir. Həmçinin iki il müddətdən sonra…

ABŞ iranlılara qarşı sanksiyalar tətbiq etdi

Vaşinqton bir neçə iranlıya qarşı sanksiyalar tətbiq edib. Onların Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli olduğu iddia edilir. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib. Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi “Qods Aviation Industries” şirkətinin altı rəhbərlik nümayəndəsi və direktorlar şurası üzvlərinə məhdudiyyətlər tətbiq edib. Şirkət ABŞ sanksiyaları altındadır və ölkədə müdafiə məhsulları sənayesində əsas…