Kiyev səmasında altı hava şarı vuruldu

Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri səmasında altı hava şarını vurublar. Bu barədə şəhər hərbi administrasiyasının “Telegram” kanalında dərc olunan məlumatda deyilir. Ukrayna paytaxtının səmasında ilk naməlum obyektin tapılması fevralın 14-də məlum olub. “Dəqiqləşdirilən ilkin məlumata görə, bunlar küləyin təsiri altında kosmosda hərəkət edən şarlar olub”, – administrasiyadan bildiriblər. Səlahiyyətlilər balonların reflektorlar və kəşfiyyat avadanlığı…

Baykal gölündə 6 bala yaxın zəlzələ baş verib

Baykal gölünün akvatoriyasında 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Qeyd olunur ki, zəlzələ Moskva vaxtı ilə 05:35-də (Bakı vaxtı ilə 06:35) qeydə alınıb. Təbiət hadisəsi nəticəsində ölən və xəsarət alan olmayıb.

Yeni Zelandiyada əsrin fəlakəti yaşandı

“Yeni Zelandiyada baş verən siklon son 100 ilin ən güclü fəlakətidir”. Bu barədə hökumət başçısı Kris Hipkins ölkəni cənginə alan “Qabriel” siklonu və ardınca gələn fəlakətlərlə bağlı bildirib. Qeyd edək ki, qasırğa zamanı dalğalar 11 metrə qədər yüksəlib, əraziləri sel basıb, çoxlu sayda torpaq sürüşmələri qeydə alınıb, infrastruktura ciddi ziyan dəyib, ucqar ərazilərin xarici aləmlə…

Almaniya Türkiyədə tikilən AES üçün avadanlıq göndərməyi qadağan edib

Almaniya Türkiyədə “Rosatom” şirkəti tərəfindən inşa etdirilən “Akkuyu” atom elektrik stansiyasına avadanlıq tədarükünü əngəlləyib. Mənbə iddia edir ki, Türkiyə hökuməti hazırda tikilməkdə olan AES-ə avadanlıqların hansı şərtlərlə verilə biləcəyini öyrənmək üçün Almaniya hökuməti ilə danışıqlar aparır. Almaniya hökuməti hələlik yayılan xəbər barədə hər hansı şərh verməyib. Xatırladaq ki, Türkiyənin ilk atom elektrik stansiyası olacaq “Akkuyu”…

Türkiyədə zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib. O, zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 min azn) nağd pul veriləcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, hazırda dövlət 1,6 milyon zərərçəkmiş vətəndaşın ehtiyaclarını qarşılayır.

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində paylaşım edib. Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir. Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı…

ABŞ ələ keçirdiyi İran silahları Ukraynaya verə bilər

ABŞ ordusu Ukraynaya ələ keçirdiyi İran silahların verilməsi imkanını nəzərdən keçirir. Söhbət İranın Yəməndə dəstəklədiyi qruplaşmalara göndərdiyi silahlardan gedir. Ukraynaya 5 min avtomat, 1,6 milyon patron, az sayda tank əleyhinə raketlər və 7 mindən çox təmasslz partlayıcı verilə bilər. Ağ Evin Milli Təhlükəsizlik Şurası bu məlumatın dərci ilə bağlı şərh verməkdən imtina edib.

Ukraynada 8 Mart, 1 May və Qələbə günləri ləğv olunur

Ukrayna Ali Radasına 8 Mart – Beynəlxalq Qadınlar, 1 May – Beynəlxalq Əmək və 9 May – Qələbə günlərinin qeyd edilməsinin ləğvi haqqında qanun layihəsi təqdim edilib. Sənəd parlamentin saytında dərc olunub. Belə ki, layihədə 8 Mart əvəzinə yeni dövlət bayramının – fevralın 25-də Ukrayna Qadını Gününün təsis edilməsi və rəsmi istirahət günü olması təklif edilib.…

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

Avstraliya İttifaqında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və fəalları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb. Avstraliya İttifaqında yaşayan soydaşlarımız tərəfindən ümumilikdə 5300 AUD (6265 manat), o cümlədən Sidneydən 3535 AUD, Brizbondan 780 AUD, Pert, Melburn və Balarat şəhərlərindən isə ümumilikdə 1000 AUD məbləğində pul vəsaiti toplanaraq Türkiyənin həmin ölkədəki səfirliyinə və…

Zəlzələ baş verən gündən 513 nəfər Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub

Zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı…