Putinlə Baydenin telefon danışığının mövzusu məlum oldu

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqların təfərrüatları açıqlanıb. Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib. Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır. Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz…

“Rusiya diplomatlarına Ukraynanı tərk etməyi tövsiyə edə bilər”

“Moskva Ukraynadakı diplomatik nümayəndəliklərinin əsas olmayan əməkdaşlarına ölkəni tərk etməyi tövsiyə edə bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Elizabet Trass ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Biz onların (anqlo-sakson həmkarların) fəaliyyətlərinə baxdıq və ola bilsin ki, biz də yəqin ki, diplomatik nümayəndəliklərimizin əsas olmayan əməkdaşlarına bir müddətlik evlərinə qayıtmağı tövsiyə edəcəyik”,…

“Raket ataraq dünyanı silkələyə bilərik”

Son bir ayda yeddi ballistik raket sınağı keçirən Şimali Koreya ABŞ-la bağlı sərt açıqlama verib. Bu barədə Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bir çox ölkələrin ABŞ-a boyun əymə və kor-koranə itaət etməklə vaxt itirdiyi müasir dünyada yalnız bizim ölkə raket ataraq dünyanı silkələyə bilər. Dünyada 200-dən çox ölkə var, lakin yalnız bir neçəsində hidrogen…

Böyük Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər qaldırılır

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlərin fevralın sonunda qaldıracağını açıqlayıb. O, mövcud məhdudiyyətlərin bir ay əvvəl ləğv edilə biləcəyini bildirib. Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı. Qeyd edək ki, fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.

Belçika Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Brüssel şəhərində fəaliyyət göstərən Belçika Azərbaycan Evində bu ölkədə və Niderlandda yaşayan azərbaycanlılarla görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı səfirliyinin məsul nümayəndələrinin qatıldıqları tədbirdə Belçika Azərbaycan Evinin fəaliyyət strategiyası və istiqamətləri müzakirə edilib, iş planı müəyyənləşdirilib, təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb.…

“SpaceX”ın 40 peyki sıradan çıxıb

Kosmosda baş verən geomaqnit qasırğası nəticəsində Elon Maska məxsus “SpaceX” şirkəti tərəfindən ötən həftə orbitə buraxılmış 40 peykini sıradan çıxarıb. Bunu “SpaceX” şirkətindən təsdiq ediblər. Məlumata görə, ötən cümə günü “Starlink” layihəsi üzrə ümumilikdə 49 peyki kosmosa göndərilib və onların böyük əksəriyyəti orbitə çıxmaq əvəzinə atmosferə daxil olmadan yanıb. Bu peyklər kosmosda dünyanı sabit internetlə təmin etmək üçün hazırlanan…

Milli Məclisin sədri Estoniya Prezidenti ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Prezidenti Alar Karis ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Estoniya Prezidenti Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına müsbət təsir edəcəyinə inandığını söyləyib. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin tarixi barədə danışıb. Prezident Alar Karis ölkələrimiz…

Makronla Putin arasında QARABAĞ DİALOQU

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın 8 erməni hərbçisinin qaytarılmasından danışıb. Makron qeyd edib ki, Fransanın böhran mərkəzi erməni hərbçilərinin geri qaytarılmasını həyata keçirmək üçün təyyarə verib: “Ötən cümə günü biz İlham Əliyev və Nikol Paşinyanla videokonfrans keçirdik. Orada bu məsələni qaldırdıq, həmçinin itkin düşənlər, qaçqınlar və s. məsələləri…

Makron Putini Ukrayna ilə bağlı güzəştə razı saldı

Prezidentlər Vladimir Putin və Emmanuel Makron bir gün əvvəl Moskvada keçirilən görüşdə Ukrayna ilə bağlı razılıq əldə ediblər. Bu barədə “The Financial Times” məlumat yayıb. Nəşrin yazdığına görə, Putin və Makron Rusiyanın yeni hərbi təşəbbüslər həyata keçirməməsi barədə razılığa gəliblər. Kremlin də öz silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı dialoqda iştirak etməyə razı olduğu bildirilir. “The…

Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərinin tədrisinə start veriləcək

Xaricdə Azərbaycan evlərinin açılması soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evlərinin sayı ilbəil artmaqdadır. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evi 2019-cu il dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə…