İlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında iştirak edib – FOTO/VİDEO

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib. 11:40 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabidə Davamlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. 11:30 Əbu-Dabidə Davamlılıq Həftəsi başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində çıxış edir. 11:20 Əbu-Dabidə Davamlılıq Həftəsi başlayıb. Azərbaycan…

Dneprdə raket hücumu nəticəsində ölənlərin sayı 35-ə çatdı

Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. Onların arasında iki uşaq da var. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib. “Xilasedicilər gecə saatlarında Rusiya raketi ilə dağıdılan çoxmərtəbəli binanın dağıntıları altından daha bir neçə nəfəri çıxarıblar”, – deyə o qeyd edib. Məlumata görə,…

SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir

Azərbaycan Ukrayna xalqının humanitar ehtiyaclarını qarşılamağa davam edir. Belə ki, hazırda Dneprdə Şinnaya küçəsi 14 ünvanında yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində ehtiyacı olan hər kəs, xüsusilə də raket atəşinə tuş gələn binanın dağıntıları arasında xilasetmə əməliyyatı aparan xidmətlərin əməkdaşları qida ilə təmin edilir. Bu barədə Dnepr şəhər administrasiyasının rəhbəri Boris Filatov məlumat yayıb. O, özünün “Facebook”…

Diaspor fəalları BMT-nin Vyanadakı nümayəndəliyi önündə erməni ekoterroruna etiraz edib

BMT-nin Vyanadakı nümayəndəliyi önündə Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Azərbaycan Akademik Birliyinin və Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin (AZER-DER) birgə təşkilatçılığı ilə baş tutan aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər. Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz…

Ukrayna limanlarından daşınan ərzaq məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb

Ukrayna limanlarından daşınan ərzaq məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb. Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterreşin sədrliyi ilə 22 iyul 2022-ci ildə imzalanan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin səyilə ərzaq məhsullarının Ukrayna limanlarından…

Çində COVID bir ayda 60 min nəfərin ölümünə səbəb olub

Çin səlahiyyətliləri 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında ölkənin tibb müəssisələrində COVID-19-dan 59 938 nəfərin öldüyünü müəyyən ediblər. Eyni zamanda, onlardan 5500-ə yaxını birbaşa koronavirusun yaratdığı tənəffüs problemləri səbəbindən dünyasını dəyişib. Təxminən 54 min nəfərdə isə COVID-19 digər xəstəliklərin yaratdığı problemləri daha da ağırlaşdırıb. Ölənlərin orta yaşı 80-ə yaxın olub.…

Türkiyə Prezidentinin sözçüsü İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub

“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb: “Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr,…

Polşa Ukraynaya “Leopard” tankları verəcək

Prezident Vladimir Zelenski Lvovda polşalı həmkarı Anjey Duda və litvalı həmkarı Gitanas Nauseda ilə görüşüb. Görüşdən sonra Duda Polşanın beynəlxalq koalisiyanın tərkibində Almaniya istehsalı “Leopard” ağır tanklarından ibarət bir bölüyü Ukraynaya təhvil verəcəyini açıqlayıb. Xatırladaq ki, Böyük Britaniyanın “Challenger 2” tanklarını Ukrayna Silahlı Qüvvələrinə ötürə biləcəyi ilə bağlı məlumatlar fonunda Polşa və Fransa Ukraynaya “Leopard”…

Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

Niderlandda fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin Nümayəndələr (Aşağı) Palatasına müraciət edib. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin adından Niderland parlamentinin Nümayəndələr Palatasının sədri Vera Berqkampa ünvanlanan məktubda bu ölkədə yaşayan 15 minlik azərbaycanlı icmasının Azərbaycan və Ermənistan arasında vəziyyətin gərginləşməsi və aşağı palatanın bu məsələdə nümayiş etdirdiyi birtərəfli, qərəzli mövqeyi ilə əlaqədar narahatlığı diqqətə…