7,3 milyon insanın sığınacağa ehtiyacı var

Yəməndə təxminən 7 ildir davam edən vətəndaş müharibəsi nəticəsində 7,3 milyon insanın sığınacağa ehtiyacı var. Bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı açıqlayıb. Bəyanatda deyilir ki, 7,3 milyon yəmənlinin sığınacaq və qeyri-ərzaq yardımına ehtiyacı var. Bunun 75 faizi qadın və uşaqlardır. Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və…

Bayden İrana qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Cozef Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib. Bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilir. Bəyanatda deyilir ki, amerikalı lider İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib. Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı…

Berlində Brandenburq qapıları önündə “Zəfərə gedən 44 gün” adlı sərgi nümayiş olunub

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Berlin şəhərindəki Brandenburq qapıları önündə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı fotosərgi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbir zamanı soydaşlarımız Azərbaycanın böyük ölçülü dövlət bayrağını coşqu ilə dalğalandırıblar. Meydanda azad…

Yerlə Uran arasında məsafə azalacaq

Noyabrın 5-də Yerlə Günəşə əks mövqedə olan Uran arasındakı məsafə azalacaq. Moskva Planetariumunun mətbuat xidmətinin məlumatına görə, bu, planetin müşahidəsi üçün əla şərait yaradacaq: “5 noyabr 2021-ci il cümə günü, Moskva vaxtı ilə saat 3:00-da (Bakı vaxı ilə 4:00) Uran Günəşə əks tərəfdə olacaq. Teleskop vasitəsilə yeddinci planeti müşahidə etmək üçün ən yaxşı vaxt yaxınlaşır”.…

Putin “S-500”lərlə hədələdi

“Bu yaxınlarda ABŞ-ın hərbi gəmisi Qara dənizə daxil olub, bunu durbinlə belə görmək mümkündür”. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin ABŞ-ın ortamənzilli raketləri Avropaya yerləşdirmə planının Rusiya üçün böyük təhlükə və təhdid yaratdığını bildirib: “Buna görə də əvvəlki qərarlara uyğun olaraq, 200-dən çox təyyarə və helikopter, 26 “S-350” və “S-400” hava hücumundan müdafiə raket…

“Bizə böhtan ata bilməzsən, imkan verməyəcəyəm”

Fransa Prezidenti Emmanuel Makronun Avstraliya və ölkəsi arasındakı sualtı gəmilərlə bağlı müqavilənin ləğvi ilə bağlı açıqlamalarına reaksiya verən Avstraliya Baş naziri Skott Morrison onun təhqiramiz fikirlərinə qəbul etməyəcəyini bildirib. Baş nazir Fransanın bundan küsdüyünü bildirərək, şəxsinə ünvanlanmış tənqidləri qəbul etdiyini, amma ölkəsinə yönəlmiş təhqir və alçaltmalarına dözməyəcəyini deyib. “Çiyinlərim genişdir, bununla (ittihamlarla) məşğul ola bilərəm.…

Yeni Zelandiya nəşrində Şuşa haqqında məlumat dərc edilib

“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudovun təşəbbüsü ilə yerli “Times Media” nəşrində Şuşa şəhərinin işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş məlumat dərc edilib. “Evə qayıdış” adlı məlumatda bildirilib ki, noyabrın 8-də Azərbaycan Ordusu qədim Şuşa şəhərini Ermənistanın işğalından azad edib. Məlumatda yerləşdirilən fotoda Azərbaycan bayrağı, Şuşa qalası və “Xarı bülbül” rəmzi nümayiş…

Sidney metrosunda Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılıb

Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr – Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib. Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha sıx hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilbordlarda al qırmızı lalələrin fonunda Xarı bülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri, eləcə də “Füsunkar Azərbaycan: Kəşf…

Korona ilə bağlı şok hesabat

ABŞ kəşfiyyatının COVID-19-la bağlı hesabatı ciddi müzakirəyə səbəb olub. Çin və koronavirus əlaqələrini araşdıran ABŞ kəşfiyyatının hesabatı ortaya çıxıb. Hesabatda COVID-19 virusunun bioloji silah kimi hazırlanmadığı nəticəsinə gəlindiyi qeyd edilib. Bununla belə hesabatda Uhan Viroloji İnstitutundan mümkün sızıntı haqqında da iddialara yer verilib. Milli Kəşfiyyat Direktorluğu tərəfindən cümə günü yayımlanan hesabatda koronavirusun Uhandakı Viroloji İnstitutundan…

Ərdoğan Qlazqo səfərindən imtina etdi

Türkiyə Prezidenti G20 dövlət başçılarının Romada keçirdiyi görüşdən sonra Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Beynəlxalq İqlim Konfransında iştirak etməyəcək və Romadan Ankaraya qayıdacaq. Bu barədə İngiltərə media qurumu “Middle East Eye” mlumat yayıb. Media quruluşu bildirib ki, Şotlandiya rəsmiləri Türkiyənin istədiyi təhlükəsizlik protokollarının çoxunu qarşılaya bilməyəcəyini bildirdikdən sonra Ərdoğan Qlazqoa səfərini təxrirə salıb. Romadakı türk heyəti…