Rusiya xəstələri də zorla müharibəyə göndərir

Rus hakimiyyəti Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində xəstələri və veteranları müharibəyə göndərir. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. “Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 194-cü günü başlayıb. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik davam edir. Donetskdə rus işğalçıları canlı qüvvə itkilərinin artırılması üçün “yeni mənbə” aşkar ediblər. Belə ki, bu yaxınlarda Rusiya ordusunun nümayəndələri…

Rusiyanın dağılmasına hazır olmalıyıq

ABŞ-ın hərbi məqsədi Rusiyanın hərbsizləşdirilməsi olmalıdır. Bu barədə ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces Tvitterdə yazıb. “Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi Rusiya Federasiyasının sonunun başlanğıcının şahidi oluruq. Buna hazır olmaq lazımdır. Biz SSRİ-nin dağılmasına hazır deyildik”, – o bildirib.

Ukraynadakı partlayış canlı yayım vaxtına təsadüf etdi – VİDEO

Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində baş verən partlayış jurnalistlərdən birinin obyektivinə düşüb. Partlayışdan dərhal sonra jurnalistin müsahibə aldığı qadın və sərgidə iştirak edən şəxslər sürətlə ərazidən uzaqlaşmağa başlayıb. Qeyd edək ki, bu gün Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 3 uşaq yaralanıb. Uşaqlardan birinin vəziyyəti ağırdır.  

Ukraynadan ərzaq daşıyan daha 12 gəmi yola düşüb

Bazar günü ərzaqla dolu 12 quru yük gəmisinin Ukrayna limanlarını tərk edərək taxıl dəhlizi ilə yola düşüb. Bunu Türkiyənin Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində açıqlayıb. Bildirilib ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında humanitar dəhliz boyu həyata keçirilir. Bosfor boğazına daxil olmazdan əvvəl hər gəmi yoxlanılır. Oxşar tədbirlər Ukraynaya gedən…

ABŞ-da Çinin Tayvana hücum edəcəyi təqdirdə vuracağı hədəflərin sayı açıqlandı

Çin Xalq Azadlıq Ordusu Tayvanın 3500-ə yaxın hərbi və mülki infrastrukturunu vura bilər. Bununla da adanın uğurla ələ keçirilməsinə nail ola bilər. Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Merkatus Mərkəzinin tədqiqatçıları araşdırma aparıblar. Araşdırmanın nəticələri “Newsweek” nəşrində dərc edilib. Qeyd olunub ki, 183 hədəf birbaşa hərbi obyektlərə daxildir; daha 341 hədəf nəqliyyat infrastrukturu ilə bağlıdır;…

Yaponiyada 100 mindən çox insan təxliyə edilir

Yaponiyada “Hinnamnor” qasırğasının yaxınlaşdığı bildirilib. Bununla əlaqədar hakimiyyət 100 mindən çox insanı təxliyə edir. Bildirilir ki, ölkənin cənubundakı Okinava prefekturasının İsiqaki şəhərinin 49,6 min sakini, həmçinin Okinavanın Miyakodzima şəhərinin 55,5 minə yaxın sakini təxliyə əmri alıb. “Hinnamnor” qasırğası avqustun 28-də Sakit Okeanda tropik fırtına kimi formalaşıb. Qasırğanın  daxilində küləyin sürəti saniyədə 60 metrə çatır. Hazırda…

Ərdoğandan Yunanıstana XƏBƏRDARLIQ – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib. Bu barədə o, Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında danışıb: “Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana deyəcək bir cümləmiz var: İzmiri unutma! Adaları işğal etməyiniz bizi saxlamaz. Vaxtı gələndə lazım olanı edəcəyik. Bir gecə qəfil gələ bilərik”.  

“Azərbaycan ilə İtaliya arasında aktiv siyasi dialoq mövcuddur”

“İtaliyaya budəfəki səfərim çox uğurlu keçdi. Bu səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirdim. Bu görüşlərdə ölkələrimiz arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə etdik”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib. İtaliya…

İlham Əliyev beynəlxalq forumda çıxış edib – Foto

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb. Prezident.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti”…

“Qəzəbdən və ədəbsizlikdən partlamaq olar”

Rusiyalı müğənni Alla Puqaçova teleaparıcı Vladimir Solovyovun ifaçının Ukrayna hadisələrinə münasibət bildirməməsilə bağlı ittihamlarına cavab verib. Müğənni sosial şəbəkədə jurnalistin davranışına münasibət bildirib. “Heyf Volodyadan. Axı qəzəbdən və ədəbsizlikdən partlamaq olar”, – deyə Puqaçova yazıb. Qeyd edək ki, müğənninin Rusiyaya qayıtması Solovyovu qəzəbləndirib. “O, övladlarını məktəbə göndərmək üçün qayıdıb? Və ərinin nə daşıdığına diqqət yetirməyib, heç…