“Rusiya Ukraynanın enerji sisteminə raket zərbələrini artırıb”

“Rusiyanın Ukrayna ərazisinə kütləvi raket zərbələrində əsas məqsəd enerji paylayıcı şəbəkəyə genişmiqyaslı ziyan vurmaqdır”. Bu barədə Britaniya kəşfiyyatının gündəlik xülasəsində bildirilib. Hesabatda qeyd edilib ki, oktyabrın 10-dan bəri Rusiya Ukraynadakı hədəflərə qarşı uzunmənzilli zərbələrin sürətini artırıb. Zərbələr qanadlı raketlər, “yer-yer” tipli zenit-raket kompleksləri və İran tərəfindən təchiz edilmiş “Shahed-136” pilotsuz uçuş aparatları ilə endirilib. “Avqust…

Kiyevdə hündürmərtəbəli binaya pilotsuz təyyarə zərbəsi – Foto

Oktyabrın 17-də Paytaxt Kiyevin mərkəzində kamikadze pilotsuz uçan aparatın vurduğu evin dağıntıları altından digər ölmüş sakinin – yaşlı qadının meyitini çıxarıblar. Hazırda ölənlərin sayı 5-ə çatıb. Bu barədə Kiyevdə yaşayan soydaşımız, “AİP”  diaspora təşkilatın sədri Qulu İbrahimov  bildirib. Onun sözlərinə görə, evdə axtarış-xilasetmə işləri davam edir. “Xilasedicilər və digər xidmətlər işləyir deyə Q.İbrahimov əlavə edib.…

İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verə bilər

İran Ukraynaya qarşı müharibə üçün yer-yer tipli ballistik raketləri Rusiyaya ötürməyi planlaşdırır. Bu barədə “Washington Post”a iki amerikalı məmur məlumat verib. Onların sözlərinə görə, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatı belə nəticəyə gəlib. Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar. Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır. Bu qısamənzilli ballistik raketlər müvafiq olaraq…

Ukraynadan növbəti ərzaq karvanı yola düşüb

Ukrayna taxıl dəhlizi çərçivəsində daha 140 min ton kənd təsərrüfatı məhsullarını beynəlxalq bazarlara göndərib. Bildirilib ki, ərzaq Afrika, Asiya və Avropa ölkələrinə daşınır. Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat verib. Məlumata görə, Odessa və Yujnı limanlarından kənd təsərrüfatı məhsulları ilə yüklü 4 gəmi çıxıb. Daşıyıcılar arasında Keniyaya 53,3 min ton buğda tədarük edəcək “Eaubonne” gəmisi də…

ABŞ hərbi təyyarələri Ukrayna yaxınlığında görünüb

ABŞ-ın “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin “F/A-18E Super Hornet” qırıcı-bombardmançı təyyarələri Rumıniya səmasında təlim uçuşları həyata keçirib. Uçuşlar NATO-nun “Neptun Strike” təlimləri çərçivəsində baş tutub. Bu təlimlərə Rumıniyada müvəqqəti yerləşdirilmiş Kanadanın “CF-18 Hornet”s qırıcıları da cəlb edilib. Qeyd edək ki, Şərqi Aralıq dənizində yerləşən “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu…

Parisdə bahalaşmaya etiraz edən minlərlə insan küçələrə axışdı

Parisin mərkəzində Fransa hakimiyyətinin siyasətinə qarşı ölkənin solçu siyasi partiyalarının təşkil etdiyi böyük nümayiş keçirilib. Yürüşdə bir neçə min insan iştirak edib. Etirazçılar Bastiliya Meydanı istiqamətində hərəkət ediblər. Tədbirdə təkcə siyasi fəallar deyil, həm də həmkarlar ittifaqı və gənclər hərəkatlarının üzvləri də iştirak ediblər. Onlar inflyasiya və enerji böhranı fonunda hökumətin fəaliyyətini tənqid edən şüarlar…

Ukraynanın Almaniyadakı keçmiş səfiri

Ukraynanın Almaniyada səkkiz il səfiri olmuş Andrey Melnik bu vəzifədə fəaliyyəti bitdikdən sonra da səssiz qalmayacağını bildirib. Melnik alman siyasətçilərinin müəyyən bəyanatlarını və yanaşmalarını kəskin tənqid etməsi ilə tanınır. O, bu açıqlamanı Ukraynaya yola düşməzdən əvvəl verib. Andrey Melnik qeyd edib ki, o, Almaniyada xələfinin “yolunda dayanmaq” və ya “səfir müavini” olmaq niyyətində deyil. Lakin…

“Rusiyada 222 min nəfər qismən səfərbərliyə cəlb edilib”

“Tacikistan və Qırğızıstan liderləri ilə görüş konstruktiv keçib, sərhəddə münaqişənin yenidən başlanmasına qarşı tədbirlər görüləcək”. Bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib. V.Putin bəyan edib ki, Rusiya Qırğızıstan və Tacikistanın sərhəddəki nizamlanma ilə bağlı təkliflərini qiymətləndirəcək və Kreml Moskvada saxlanılan xəritələri öyrənəcək. Rusiya lideri Kreml ilə Kiyev arasındakı əsir mübadiləsinə də toxunub. O…

“Şimal axını” borularında 8 metrlik dəlik aşkar edilib

Alman polisi sualtı maşınların köməyi ilə “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin qəzaya uğradığı əraziyə baxış keçirib və ölçüləri 8 metr olan azı bir dəlik aşkar edib. Polisin fikrincə, bu, yalnız partlayış nəticəsində baş verə bilərdi. Ehtimal ki, qaz kəmərinin üç qolunda dörd belə dəlik olmalıdır. Bildirilib ki, Almaniya, İsveç və Danimarka ilkin…

“Dünyada güc balansı dəyişir”

“Bəşəriyyət olaraq güc balansının dəyişdiyi bir dövr yaşayırıq və iqtisadiyyatdan ərzaq təhlükəsizliyinə qədər bir çox sahədə ciddi çağırışlar qarşısındayıq”. Bu sözləri Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan xatırladıb ki, Türkiyə uzun müddətdir dünyanın beşdən daha böyük olduğunu söyləyir və…