ABŞ hərbçiləri İraqı belə tərk edir

ABŞ-ın İraqdakı üç hərbi briqadası ölkəni tərk edir. İraqın Ayn-Əl-Əsəd vilayətində yerləşən ABŞ hərbi bazasından üç briqada ölkəni tərk etməyə başlayıb. Nəzərə çatdıraq ki, ötən ay İraq ordusunun nümayəndəsi general-mayor Təhsin Əl-Havadçı mətbuat nümayəndələrinə bildirib ki, oktyabrda ABŞ-ın İraq ərazisindəki hərbi bazaları ölkəni tərk etməyə başlayacaqlar. ABŞ hərbçiləri İraq ərazisindən qarşılıqlı razılaşma əsasında çıxır.

NATO-dan tarixi etiraf

NATO Türkiyəni S-400-lərdən imtina etməyə, onu bənzər Qərb sistemləri ilə əvəzləməyə razı sala bilmədi. Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, alyans Ankaranı S-400 əvəzinə Qərb sistemləri – Patriot, yaxud SAMP/T almasına razı salmaq cəhdlərini davam etdirəcək.

Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq

“Gürcüstan və Ukrayna NATO-ya daxil olacaq, amma bu, sabah olmayacaq”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb. O, qeyd edib ki, bu məsələ yaxın gələcəkdə həll oluna biləcək: “Düşünürəm ki, Gürcüstan və Ukraynaya üzvlüyün sabah olmayacağı açıqdır, amma onlar da qoşulacaq”. Stoltenberq onu da bildirib ki, ittifaq Kiyev və Tiflisə dəstəyini artırmalı və onlarla əməkdaşlığı…

Polşa Rusiyanın fəaliyyətinin artması fonunda Aİ-NATO əməkdaşlığını gücləndirməyə çağırır

Rusiyanın hərbi ekspansionizminə qarşı mübarizə aparmaq üçün NATO ilə Avropa İttifaqı (Aİ) arasında daha sıx əlaqələr lazımdır. Bu barədə Polşa Prezidenti Andjey Duda məlumat verib. O, ittifaqın daha da genişlənməsinin Moskvaya daha sərt yanaşmaya təkan verəcəyinə ümid edir. “NATO ilə Avropa İttifqı arasında güclü əməkdaşlığa ehtiyacımız var. Rusiya hərbi varlığını genişləndirir və NATO-nu yalnız şərqdən…

Qazaxıstan rus dili ilə VİDALAŞIR

Qazaxıstan parlamentinin aşağı palatası yeni qanun dəyişikliyi edib. Bundan sonra reklam lövhələri, menyu, elanlar, qiymət və yol nişanları ancaq qazax dilində olacaq. Qanunda “rus dili və digər dillərdə elanlar ehtiyac yarandığı zaman tətbiq edilə bilər”- deyə qeyd yer alıb. Qərar Rusiyada müəyyən narazılıqla qarşılanıb.

Azərbaycanlı dizaynerin “Haute Couture Sumakh” kolleksiyası dünyanı heyran edib

AFFFAIR markasının təsisçisi, məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Paris dəb həftəsində Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirən “Haute Couture Sumakh” kolleksiyasını təqdim etməsi dünyada böyük rezonans doğurub. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Türkiyə, Fransa, İtaliya, Böyük Britaniya mediasında “Haute Couture Sumakh” kolleksiyası ilə bağlı yayımlanan xəbərlər “Rüfət İsmayılın Paris…

Azərbaycanlı bodibilderlər Sevilyada qızıl medal qazanıb

İspaniyanın Sevilya şəhərində keçirilən “Arnold Classic” turnirində azərbaycanlı bodibilder Rasim Həsənov qızıl medal qazanıb. Tanınmış kinoaktyor və bodibilder Arnold Şvartsneggerın himayəsi altında keçirilən nüfuzlu yarışda dünyanın hər yerindən – Qvatemaladan Hindistana, Omandan Salvadora qədər ölkələri əhatə edən “dəmir adam”lar iştirak ediblər. “Muscular Men’s physique” kateqoriyasının mutləq qalibi olan Rasim Həsənov bütün rəqiblərindən güclü olub. “Arnold…

Azərbaycanlı həkim İtaliyanın Tibb Universitetində təlim keçib

Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşımız, tibb üzrə fəlsəfə doktoru Sabrin Ali Azim Roma şəhərindəki “Catholic University of the Sacred Heart” Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ingilis dilində təlim keçib. Ağız və üz-çənə cərrahiyyəsi üzrə onlayn formatda mühazirə oxuyan soydaşımızın təlimləri tələbələr tərəfindən maraqla qarşılanıb. Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri professor Alessandro Moro təlimlərin yaxın gələcəkdə daha çox…

ABŞ-dan qəti qərar

ABŞ İrana qarşı sanksiyaları nüvə anlaşması yenidən qüvvəyə minənə qədər “avans” olaraq yumşaltmağı planlaşdırmır. Bu sözləri ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib: “Biz heç bir sanksiyanı ləğv etməyəcəyik. Biz “avans” verməyəcəyik, bundan sonrası aydındır”.

Türkiyə yaxınlığında hərbi fəallıq: Bölgəyə yeni texnikalar göndərildi

PKK terror təşkilatının Suriya qolu YPG-ni silahlandıran ABŞ-dan bu yöndə növbəti skandal addım gəlib. YPG terrorçuları ABŞ-ın verdiyi “Bredli” tipli zirehli maşınların üzərinə bayraqlarını asaraq Türkiyə sərhədinə yaxın Haseke şəhəri ətrafında patrul xidmətinin görüntülərini yayımlayıb. YPG-dən verilən açıqlamada ABŞ-ın İŞİD üzvlərinin saxlanıldığı Geveran həbsxanası yaxınlığında terror təşkilatı ilə birgə patrul aparmaq üçün 5 “Bredli” dislokasiya…