Latın Amerikası ölkələrində yaşayan Azərbaycan icması ilə görüş keçirilib
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində Latın Amerikası ölkələrində yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib. Tədbir Azərbaycan və Meksikanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov 8 Noyabr – Zəfər…










