ABŞ Ukrayna sərhədlərinin möhkəmləndirilməsinə 20 milyon dollar ayırıb

ABŞ Ukraynanın Rusiya və Belarus ilə sərhədlərinin möhkəmləndirilməsinə 20 milyon dollar ayırıb. Bu barədə “RİA Novosti” xəbər verir. Ukraynanın Dövlət Sərhəd Xidməti layihənin il ərzində həyata keçiriləcəyini açıqlayıb. Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden dekabrın 27-də 2022-ci il üçün müdafiə büdcəsini imzalayıb. Sənədə görə, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə 300 milyon ABŞ dollarının ayrılması…

Cənubi Koreya ordusu 2031-ci ilə qədər yerli kəşfiyyat PUA-larını təqdim edəcək

Cənubi Koreya ordusu ölkənin şimal-qərb sərhəd adalarını daha yaxşı müdafiə etmək üçün 2031-ci ilə qədər yerli kəşfiyyat və müşahidə PUA-larını təqdim edəcək. Bu barədə ölkənin Müdafiə Satınalmaları Proqramı İdarəsi məlumat yayıb. Ölkənin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərində və adalarda Dəniz Piyadaları Korpusu bölmələri tərəfindən idarə edilmək üçün nəzərdə tutulmuş PUA üçün 570 milyard von (479…

Dövlət Komitəsi “Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri təşkil edib

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı keçirilib. DİDK sədri Fuad Muradov 67 ölkədən 570 soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın…

Azərbaycanla Aİ arasında imzalanacaq yeni saziş üzrə işlər gələn il tamamlanacaq

“Avropa İttifaqının həm ölkəmizə, həm də bölgəmizə marağının artmasını müşahidə edirik”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında söyləyib. “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell və bir sıra Aİ rəsmiləri ilə çoxsaylı görüşlər və təmaslar bunu deməyə…

Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Xankəndinə qanunsuz səfərinə münasibət bildirib

“Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik edən hər bir şəxs Azərbaycanın “qara siyahısına” daxil edilir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib. Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərinə səfərinə münasibət bildirən nazir vurğulayıb ki, bu, Fransada gedən siyasi proseslərin tərkib…

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri və təsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Məktubda deyilir: “Qardaş Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Əliyev, Dekabrın 24-nə təsadüf edən doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq. Sizə ən xoş arzularımızı bildirir, uzun ömür, cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyirik. Bütün dünya…

Almaniya Rusiyadan asılı vəziyyətdə

Elektrik enerjisinin 25 faizini 17 nüvə stansiyasından təmin edən Almaniya bunun sayını 6-ya endirməklə əslində Rusiyadan asılı vəziyyətə düşüb. Bu barədə ABŞ-da nəşr edilən “The Wall Street Journal” yazır. İddia edilir ki, əslində rus qazı ölkəyə baha qiymətə başa gəlir. Bildirilir ki, 1 meqavat/saat enerjinin qiyməti 50 avrodan 300 avroya yüksəlib. 10 il əvvəl Almaniyanın…

Rus Konsulluğuna hücum edildi

Ukraynada Rusiya Konsulluğuna hücum edilib. Hadisə Lvov şəhərində baş verib. Məlumata görə, bir şəxs motoskiletlə Lvovdakı Rusiya Konsulluğuna hücum edib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı kimi qiymətləndirib. Ukrayna rəsmisi bildirib ki, ölkə polisi faktı araşdırır. Bundan başqa, Ukrayna rəsmisi Ruiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ondan tələb olunub ki, Ukrayna hakimiyyəti Moskvadan…

NATO gəmisi Ukrayna limanına daxil olub

NATO-nun Fransa istehsalı olan “Auvergne D654” çoxməqsədli döyüş gəmisi dekabrın 24-də Ukraynanın Odessa limanına yan alıb. Məlumatı “RİA Novosti” yayıb. Gəmini Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Aleksey Neijpapa qarşılayıb və göyərtəyə qalxıb. Məlumata görə, “Auvergne D654” NATO-nun bu il Odessa limanına daxil olan 10-cu gəmisidir. Bildirilib ki, gəmi dekabrın 28-dək Odessa limanında qalacaq.

Koronavirusun “omikron” ştamının ev şəraitində müalicəsi mümkündür

Koronavirusun “omikron” ştamı ilə yoluxma halında “delta”dan fərqli olaraq ev şəraitində müalicə mümkündür. Bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir. Məlumatlara görə, yoluxmuş “omikron”un xəstəxanaya getmə riski “delta” ilə müqayisədə 50-70% azdır. Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.…