“Rusiya bizdən istəyir ki…”

“NATO-dakı müttəfiqlər arasında Ukraynaya silah tədarükünün zəruriliyi ilə bağlı fikir müxtəlifliyi var”. Bunu “El Pais” qəzetinə müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib. “NATO-dakı müttəfiqlərin Ukraynaya dəstək vermək öhdəliyi var. Biz onlara siyasi və praktiki dəstək veririk, onların müdafiə institutlarını modernləşdirməyə, korrupsiya ilə mübarizə aparmağa və kibermüdafiə mexanizmlərini qurmağa kömək edirik. Müdafiə silahlarının tədarükünə gəlincə,…

Baş nazir İranı hədələdi

“İran osminoqu”nu qollarından yox, başından vuracağıq”. İsrail Baş naziri Naftali Bennet Tehrana qarşı tətbiq olunan strategiyaya son qoymağa qərar verdiklərini açıqlayıb. Bennet deyib ki, başı Tehranda olan “İran osminoqu” şimalda Hizbullah, Qəzzada İslami Cihad, Suriya sərhədində şiə yaraqlıları və İraq, Yəmən və Liviyada digər silahlarla İsraili mühasirəyə alıb. “Birtərəfli “soyuq müharibə” oldu, onlar vurdular, amma…

Ukraynaya silah tədarükü ilə bağlı NATO-da konsensus yoxdur

NATO müttəfiqlərinin Ukraynaya silah tədarükünün zəruriliyi ilə bağlı fərqli baxışları var. Bunu NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “Müdafiə silahlarına gəlincə, müttəfiqlərin fərqli baxışları var. Bəzi müttəfiqlər, məsələn, Böyük Britaniya, ABŞ və ya Baltikyanı ölkələr Ukraynanı bu növ silahlarla təmin edirlər”, – deyə baş katib bildirib. Stoltenberqin sözlərinə görə, NATO…

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib. Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim…

Ukraynada əsgərlərin ölümünə görə general işdən çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanı orduda beş hərbçinin ölməsinə görə vəzifədən azad edib. Bu barədə Ukrayna Prezidenti qərar imzalayıb. General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub. Qeyd edək ki, yanvarın 27-də Ukraynada bir əsgər 5 hərbçi yoldaşını öldürüb, 5-ni isə yaralayıb.

Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib. TASS verdiyi xəbərə görə, bu barədə bu gün Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Növbədənkənar qurultayda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib. Tokayevin bu posta namizədliyini Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev irəli sürüb. Tokayevdən əvvəl partiyanın sədri Nazarbayev olub.

“ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək”

“Amerikalı hərbçilər Ukraynadakı hər hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək”. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin söyləyib. “Prezident Cozef Bayden hərbi bölmələri Ukraynada əməliyyatlar aparmaq məqsədilə göndərmək niyyətində olmadığını aydın şəkildə bildirib”, – nazir vurğulayıb. Bundan başqa, ABŞ Silahlı Qüvvələrinin Rəislər Qərargahı Komitəsinin sədri general Mark Millinin sözlərinə görə, hazırda Ukraynada ABŞ və NATO-nun bir neçə…

Almaniya səfiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qonağı olub

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş Marneuliyə səfəri çərçivəsində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət edib. GAİM-in icraçı direktoru Orxan Pirverdiyev səfirə mərkəzin yaradılması səbəbi, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mərkəzin həyata…

Ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər

Bu yaxınlarda açıqlanan rəsmi məlumatlara görə, ötən il 46 900-dən çox Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Nəşrin məlumatına görə, ümumilikdə 2017-2021-ci illərdə Ermənistanın demək olar ki, 153,8 min vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2% təşkil edir. Nəşr mühacirətin əsas səbəblərini kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin…

Rusiya Ukraynaya müdaxilə edərsə Türkiyə hansı addımı atacaq?

Rusiya Ukraynaya hücum edəcəyi halda NATO çərçivəsində üzərinə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə davam edəcəyik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsi zamanı deyib. Ərdoğan Türkiyənin hansı addımları ata biləcəyini və Şimali Atlantika Alyansının üzvü olaraq hansı öhdəlikləri götürdüyünü açıqlamayıb. “Hazırda biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Rusiya…