“Qərarı Ukrayna özü verəcək”

Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verməlidir. Bu sözləri Şərqi Asiya Sammitində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşün nəticələrinə dair açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken bəyan edib. Entoni Blinken həmçinin bildirib ki, Kiyev danışıqların məzmununa görə özü məsuliyyət daşıyır. Görüşdə D. Kuleba və E. Blinken “Taxıl müqaviləsi”nin qlobal…

Rusiya Çaplinkadakı helikopter bazasını təxliyə edir

Rusiyalılar Ukraynanın Çaplinka şəhərindəki helikopter bazasını boşaltmağa başlayıblar. Rus hərbçilər Xerson bölgəsində, Krıma yaxınlığında yerləşən bazalarını təxliyə edirlər. Bu barədə “Telegram” kanalları məlumat yayıb. Məlumata görə, rusiyalılar Çaplinkadakı bazadan texnikaları çıxarmağa başlayıblar.  

İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

İtaliyanın Baş naziri Corc Meloni Fransa prezidenti Emmanuel Makronu immiqrasiya siyasətinə xəyanətdə ittiham edib. Qeyd edək ki, bir müddət əvvəl İtaliya hakimiyyəti “Ocean Viking” qeyri-hökumət təşkilatının gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. “Ocean Viking” gəmisi Aralıq dənizini keçməyə çalışan miqrantları Avropaya aparır. Bu həftə ekipajın İtaliya limanlarından birinə girişinə icazə verilməyib, bundan sonra o,…

Rusiya Kerç boğazını bağladı

Kreml Rusiya Federasiyasından kənarda yüklənmiş gəmilərin Kerç boğazından Azov dənizinə keçməsini qadağan edib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri üzrə Baş İdarədən məlumat verilib. İdarədən bildirilib ki, Rusiya Dəniz Administrasiyasından alınan bildirişə əsasən, Rusiya Federasiyası ərazisindən kənarda yüklənmiş gəmilərin Azov dənizinə keçidini təmin edən Kerç boğazından şimala hərəkəti qadağan edilib.

Rusiyadan “Taxıl sazişi” ilə bağlı müəmmalı AÇIQLAMA

“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb. Bu sözləri jurnalistlərə müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb: “Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 80 210 canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 838 tank, 5 730 zirehli maşın, 1 829 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 205 hava…

“Vaqner”in lideri Ukrayna ilə sərhəddə yeni hərbi strukturlar formalaşdırır

“Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin Belqorod və Kursk vilayətlərində yeni hərbi strukturlar formalaşdırır. Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, hazırda sərhədyanı ərazilərdə yeni çağırışçılara təlimlər keçilir. Priqojin özü belə “mərkəzlərin” fəaliyyət göstərdiyini təsdiq edib və bəyan edib ki, Rusiya “(öz) torpaqlarını müdafiə etməyə tam hazır olmalıdır”. Qərb analitikləri iddia edirlər ki, Priqojinin Belqorod…

Ərdoğana Özbəkistanda İmam Buxari ordeni təqdim edildi

Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdən sonra Özbəkistan dövlət başçısı Ərdoğana İmam Buhari ordenini təqdim edib. “Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam…

ABŞ Yaponiya ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb

ABŞ və Yaponiya ucqar Tokunosima adalarını müdafiə etmək üçün birgə “Kəskin qılınc” hərbi təliminə başlayıblar. “Biz hər hansı bir sahədə birgə fəaliyyət qabiliyyətimizi artırmaqla yanaşı, tərəfdaşlığımızı və dostluğumuzu da gücləndirəcəyik. Biz təkcə hərbi tərəfdaş deyilik, həm də dost və qonşuyuq”, – deyə ABŞ komandanlığından bildirilib. Təlimlərdə ada dövlətindən 26 minə yaxın şəxsi heyət və 20…

“Rusiya Ukraynada müharibəyə İŞİD döyüşçülərini cəlb edir”

“Rusiya Federasiyası İŞİD qruplaşmasından suriyalı döyüşçüləri müharibəyə cəlb edir. Onlar Luqansk və Donbasda müdafiəni saxlamaq üçün müharibəyə göndərilirlər. Muzdlulara adətən qeyri-döyüş tapşırıqları verilir”. Bu barədə Britaniyanın “Middle East Eye” nəşri kəşfiyyat mənbələrinə istinadən yazıb. Bildirilib ki, suriyalı döyüşçülər əvvəlcə Rusiya ərazisində təlim keçir, bundan sonra isə  Ukraynanın işğal olunmuş şərq bölgəsinə göndərilirlər. Qeyd olunur ki,…