Aİ tezliklə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edəcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə davam edəcək və diplomatik səylərdən asılı olmayaraq, sentyabrın əvvəlində 19-cu paketi qəbul etmək niyyətindədir. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Hərbi əməliyyatlar davam etdiyi müddətdə biz Rusiyaya diplomatik və iqtisadi təzyiq göstərməyə davam edəcəyik. Biz artıq…

Zelenski sülh müqabilində Donbası Rusiyaya verməkdən imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması müqabilində bütün Donbası Rusiyaya verməkdən imtina edib. Bu barədə “Reuters” ABŞ lideri Donald Tramp və Zelenski arasındakı dünənki söhbətə istinadən yazır. “Rusiya lideri Kiyev qoşunlarının bütün Donetsk vilayətini verəcəyi təqdirdə cəbhə xəttinin əksər hissəsinin dondurulmasını təklif edib. Zelenski bu tələbi rədd edib”, – agentlik mənbəyə istinadən xəbər verir.

Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb

ABŞ Prezidenti Donald Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin fəaliyyətinin dayandırılması haqqında memorandum imzalayıb. Sənəd ABŞ Federal Hökumətinin rəsmi jurnalı olan Federal Reyestrdə dərc olunub və burada federal qurumlar və prezident tərəfindən qəbul edilmiş qaydalar, bildirişlər və digər sənədlər yer alıb. “Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxrac…

“Qulu İbrahimov: Ukraynasız sülh mümkün deyil”

Platform4.news  Qulu İbrahimov – hüquqşünas, politoloq, Analitika və İnformasiya Platformasının rəhbəri. Ukrayna, Kiyev   – Qulu bəy, Trump və Putin-in Alyaskada baş tutan görüşü necə qiymətləndirirsiniz? – Bu görüşdən böyük gözləntilər vardı, amma nəticədə real razılaşma əldə edilmədi. Nə atəşkəs, nə də sülh müqaviləsi imzalandı. Trump öncə “ceasefire” – atəşkəs ideyasını müdafiə edirdi, lakin sonra…

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də jurnalistlərə verdiyi açıqlamada müharibənin 2026-cı ilin iyun ayında başa çatacağına dair ümidlərin olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Rusiyanın iqtisadiyyatında sanksiyaların təsiri dərin şəkildə hiss ediləcək və bu, büdcə kəsirlərinə səbəb olacaq: “Lakin Moskvanın silah ehtiyatları barədə proqnoz vermək çətindir. “Ola bilər ki, Rusiya savaşmaq iqtidarında olsun, sadəcə büdcə vəsaitləri…

“Rusiya ABŞ-nin gözündə əlverişsiz vəziyyətə düşə bilər”

“Rusiya və Ukraynanın mümkün atəşkəs rejiminin həyata keçirilməsinə dair fərqli tələbləri var və hazırda bu məsələlər razılaşdırılmalıdır”. Bu barədə TRT telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıb. “Əlbəttə, burada ABŞ də mühüm rol oynayır. ABŞ Prezidenti Donald Trampın iradəsi var, o, atəşkəsi dərhal görmək istəyir. Hazırda Ukrayna və Avropa tərəfi Vaşinqtonun mövqeyinə uyğunlaşmaqda…

Qərbin yeni silah qərarı və Zelenskinin Almaniya səfəri: Müharibədə dönüş nöqtəsi

2025-ci ilin may ayının sonunda beynəlxalq siyasi gündəmi dəyişdirən mühüm bir qərar verildi: ABŞ, Almaniya, Fransa və Böyük Britaniya Ukraynaya verdikləri silahların istifadəsinə qoyulan bəzi məhdudiyyətləri ləğv etdilər. Bu qərar, Ukraynanın Rusiya ərazisində yerləşən hərbi obyektləri vurmaq imkanlarını artırır və müharibənin gedişatında yeni mərhələnin başlandığını göstərir deyə həmyerlimiz politoloq, Qulu İbrahimov bildirib. Hesab edirəm ki,…

Moskvaya genişmiqyaslı hücum

Sentyabrın 10-na keçən gecə Rusiyanın doqquz bölgəsi Ukrayna dronlarının genişmiqyaslı hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi 144 dronun vurulduğunu bildirir. Dronlardan biri Moskva ətrafındakı Ramenskidə çoxmərtəbəli binaya çırpılıb, bir qadın həlak olub. Bu barədə Rusiya mətbuatı  xəbər verir. Məlumata görə, bu, ən genişmiqyaslı Ukrayna hücumlarından biridir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, burada gecə ərzində 72…

Əjdər Bağırov: “Avropa çempionatında çox yaxşı iştirak etdik” – video

“Avropa çempionatında çox yaxşı iştirak etdik”. Platform4.news İdman.biz– ə istinadən  xəbər verir ki, bunu Azərbaycan millisinun cüdoçusu Əjdər Bağırov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib. O, Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatındakı çıxışını dəyərləndirib. Bağırov bildirib ki, kubok bütün komandanın gücünün nəticəsində qazanılıb: “Hər bir idmançımızın burada böyük əziyyəti var.…

Ermənistana çağırış

“Ailələrinin və sevdiklərinin itkin düşmüş şəxslərlə bağlı onların heç olmasa harada olduqları barədə məlumat almaq hüquqları var”. Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib. Qeyd edək ki, rəsmi məlumatlara görə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4000-dək Azərbaycan vətəndaşı itkin düşüb. Sözçü Ermənistanı bu məsələ ilə bağlı duyarlı olmağa çağırıb: “Bütün…