Ərdoğan Kaxovka SES-lə bağlı beynəlxalq komissiyanın yaradılmasını təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kaxovka su elektrik stansiyasının dağıdılması ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması təklifilə çıxış edib. Türkiyə prezidentinin dəftərxanasından verilən məlumata görə, bu barədə dövlət başçısının Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirələr aparılıb. BMT baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Düjarrik bildirib ki, hələlik təşkilatın rəhbərinə…

“Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır”

“Çexiya Azərbaycanla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir”. Bunu “Trend”ə müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela deyib. “Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisi Çexiya şirkətlərinin bu layihədə iştirakının pik nöqtəsi oldu. Layihədə Çexiyadan 10-a yaxın şirkət iştirak edib. Bu, bizim iqtisadiyyatlar üçün əhəmiyyətli bir layihə idi. Və bu, gələcəkdə oxşar layihələrin inkişafı üçün…

DABF erməni təxribatları ilə əlaqədar İsveç və Almaniyaya çağırış edib

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və İsveç Erməni Assosiasiyaları İttifaqı (UAAS) Qarabağ separatçılarının bəyanatını dəstəkləyərək Nikol Paşinyanın mayın 22-də verdiyi açıqlamanı pisləyiblər. Erməni diasporu açıq şəkildə bəyan edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstəriləcəyi hər hansı beynəlxalq və ya dövlətlərarası sənədi Ermənistan üçün qəbuledilməz hesab edir. Hər iki erməni diasporunun bu bəyanatı mərkəzi qərargahı Stohkolmda…

Kosmosdan Xerson vilayətində su daşqının miqyası göstərilib

Rus işğalçıları Kaxovka su elektrik stansiyasını dağıdandan bir gün sonra şəbəkədə Xerson vilayətinin yeni peyk şəkilləri peyda olub. Maxar Technologies-dən olan görüntülər bölgədəki daşqının miqyasını göstərir. Görüntülər Novaya Kaxovka ilə Xersonun cənub-qərbindəki Dnepr körfəzi arasında 2500 kvadrat kilometrdən çox ərazini əhatə edir. Yayımlanan kadrlarda Kaxovskaya SES-in partladılmış bəndinin əslində tamamilə su altında qaldığı görünür. Mülki…