Zelenskinin Ofisi Moskva və Sankt-Peterburqa zərbələr barədə xəbərdarlıq etdi

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyada Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi şəhərlərə zərbələr vurulacağını bildirib. “Rəsmi olaraq təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək”, – deyə Podolyak bildirib. “Niyə, kim tərəfindən və hansı səbəbdən – bunu müzakirə edə bilmərik, bizdə ictimai məlumat çatışmazlığı var”, – deyən Podolyak…

Antarktikada London böyüklüyündə aysberq qopdu

Böyük London ölçüsündə olan nəhəng aysberq Antarktika buz şelfindən qopub. Hadisə Britaniyanın Halley tədqiqat stansiyası yaxınlığında baş verib. “National Geographic”in məlumatına görə, aysberqlər buzlaqlardan qopan iri buz parçalarıdır. Təxminən 600 kvadrat mil (1550 kvadratkilometr) böyüklüyündə olan aysberq qalınlığı 492 fut (150 metr) olan Brant buz şelfindən ayrılıb.  

ÜST-dən “Omikron”un yeni variantları barədə açıqlama

Koronavirus infeksiyasının “Omikron” ştammı yuxarı tənəffüs yollarını zədələmə və immunitetə qarşı davamlı olmaq qabiliyyəti kimi ümumi xüsusiyyətlərə malikdir. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, ölkələrin bununla əlaqədar hələlik ictimai səhiyyə tədbirlərində dəyişiklik etmələrinə ehtiyac yoxdur. “Virusoloqlar və digər elm adamları bu variantları izləməkdə davam edirlər. Narahatlıq doğuran variant yalnız ictimai səhiyyə tədbirlərində dəyişiklik tələb edəcək dərəcədə ciddi…

Rusiyalı komandir səfərbərliyin uğursuz olduğunu etiraf etdi

“Müasir Rusiya heç vaxt belə intensivlikdə hərbi əməliyyatlara şahid olmayıb”. Bu sözləri Rusiya Federasiyasının Ukraynadakı Birləşmiş Qoşunlar Qrupunun komandanı Valeri Gerasimov deyib. Onun sözlərinə görə, Rusiyadakı səfərbərlik sistemi Qərbin sanksiyalarına və sanksiyalardan sonra yaranan iqtisadi problemlərə tam uyğunlaşdırılmayıb. “Qeyd etmək zəruridir ki, ölkəmizdə səfərbərlik hazırlığı sistemi yeni müasir iqtisadi münasibətlərə tam uyğunlaşdırılmayıb. Ona görə də…

Rusiya Belarusu birbaşa müharibəyə çəkməyə çalışır

Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko deyib ki, ölkəsi Belarusdan gələ biləcək təhlükələrin qarşısını almağa hazırdır. Onun sözlərinə görə, hökumətin və hərbçilərin bununla bağlı konkret fəaliyyət planı mövcuddur. Nikolenko onu da deyib ki, Rusiya bütün imkanları ilə Belarusu birbaşa müharibəyə çəkməyə çalışır. “Ukrayna Minskə növbəti istənilən aqressiv planlara qarşı xəbərdarlıq edir. Biz öz…

“Bu günə kimi “Taxıl dəhlizi” ilə 18 milyon ton məhsul artıq alıcılara çatdırılıb”

“Dövlət başçıları səviyyəsində təmaslar nəticəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracını blokdan çıxara bildik”. Bu sözləri Almaniyanın “Ramşteyn” aviabazasında “Ukraynanın müdafiəsi üzrə təmas qrupu”nun (23 ölkənin nazirlərinin iştirakı ilə) iclasının yekunu üzrə jurnalistlərlə söhbətində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Hulusi Akar xatırladıb ki, Rusiya ilə Ukrayna arasında müharibənin ilk günlərindən Türkiyə Montrö Konvensiyasının…

Fransada Rusiya hakimiyyətinin təbliğat resursu bağlandı

“RT France” telekanalı bağlandığını elan edib. Bu barədə telekanal dərc etdiyi press-relizdə məlumat verilib. “5 illik inadkar mübarizədən sonra hakimiyyət öz məqsədinə – “RT France”ın bağlanmasına nail olub”, – press-relizdə yazılıb. Qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən ingilisdilli xəbər kanalına “RT International”, “RT Arabic”, “RT en Español”, “RT France”, “RT DE” telekanalları, həmçinin ingilis…

Ukraynada yüksək vəzifəli şəxs rüşvət alarkən saxlanılıb

Ukrayna Milli Antikorrupsiya Bürosunun apardığı araşdırmalar nəticəsində Ukraynanın İcma, Ərazi və İnfrastrukturun İnkişafı üzrə nazirliyinin rəhbər səlahiyyətlərini müvəqqəti icra edən Vasili Lozinskini saxlanılıb. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Məlumata görə, Vasili Lozinskini 400 min dollar məbləğində rüşvət alarkən saxlanılıb. Ukraynalı məmura cinayət məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb. Belə ki, Vasili Lozinski vəzifə…

Avropada ən sürətli metro xətti Türkiyədə olacaq

Avropanın ən sürətli metro xətti Türkiyədə Cümhuriyyətində olacaq. Bunu Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu Türkiyə telekanallarından birinə verdiyi müsahibədə deyib. “Sabah istifadəyə verilməsi planlaşdırılan metro xətti Avropanın ən sürətlisi olacaq. Qatarlar 34 kilometrlik xətti 120 km/saat sürətlə gedəcək”, – deyə Türkiyənin nəqliyyat naziri bildirib.

Planetin ən qoca insanı 115 yaşlı ispan qadın oldu

Yer üzündə yaşayan ən qoca insan olaraq İspaniyadan 115 yaşlı qadın qeydə alınıb. Bu barədə Ginnesin Rekordlar Kitabında bildirilib. Mariya Branyas Morera adlı qadın Kataloniyada yaşayır, onun demək olar ki, 116 yaşı var – 115 yaş 323 gün. Ondan əvvəl ən yaşlı insan olan fransalı rahibə Lyusil Randonun ölümündən sonra Morera dünyanın ən yaşlı insanı…