İngiltərədə COVİD-19-la bağlı bütün məhdudiyyətlər iyulun 19-dan aradan qaldırılacaq

“İngiltərədə iyulun 19-dan etibarən COVİD-19-la bağlı tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılacaq”. Bu barədə Britaniyanın Baş naziri Boris Conson bu gün keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir vurğulayıb ki, həmin tarixdən tibbi maskaların istifadəsi məcburi olmayacaq, nəqliyyatda və restoranlarda, həmçinin, digər qapalı məkanlarda tətbiq olunan bir metrlik sosial məsafə də ləğv olunacaq: “Konsertlər, teatrlar və…

AİP Sədri: Xaricdə yaşayan azərbaycanlıları birləşdirən amal, AZƏRBAYCANÇILIQ İDEYASIDIR

Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 19 il ötür. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində…

ABŞ və Britaniya kəşfiyyatı Rusiyanın ‘qlobal qaba qüvvəsini’ faş edir

Onlar bildirirlər ki, GRU bu metodlardan dünya boyunca yüzlərlə hökümət və özəl təşkilata qarşı ziyanlı kiberfəaliyyətində istifadə edir ABŞ və Britaniyanın təhlükəsizlik orqanları Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU kimi tanınan hərbi kəşfiyyatının istifadə etdiyi qlobal qaba qüvvə metodlarını faş etdiklərini bildiriblər. Onlar bildirirlər ki, GRU bu metodlardan dünya boyunca yüzlərlə hökümət və özəl təşkilata…

Zelenski: Valideynlərin övladlarından öyrənəcəkləri bir şey var

Prezident Volodimir Zelenski, Ukrayna millisinin şənbə günü İngiltərə ilə oyun zamanı “valideynlərin övladlarından öyrənəcəkləri bir şey olduğunu” göstərmək şansına sahib olduqlarını deyib. Mənbə: Zelenski, Facebook. ƏTRAFLI:  Prezident  Ukrayna  milli  komandasının  futbolçuları  ilə  video  link  vasitəsi  ilə  danışıb. “Danışdıq, güldük, ruhlandıq!” –  Zelenski açıqlamasında deyib.   “Bilirsiniz nə düşünürəm? İngilisləri  “futbol ataları” adlandırırlar, biz isə Avropada…

Qazaxıstanda Hindistan ştammı aşkarlandı

Qazaxıstan Səhiyyə Nazirliyi ölkənin bütün regionlarından götürülmüş nümunələrdə koronavirusun Hindistan ştammını qeydə alıb. Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. “Nəticələrə görə, Hindistan ştammı bütün regionlarda və Nur-Sultan, Alma-Ata, Çimkent kimi şəhərlərdə aşkarlanıb”, – məlumatda qeyd olunur. Koronavirusun “Delta” ştammının mutasiyasının mövcudluğu isə DNT nümunələrinin sıralanması başa çatdıqdan sonra müəyyən ediləcəkdir.

Amerika hərbçiləri Əfqanıstanı tərk etdi

Əfqanıstanda hazırda həqiqətən də tarixi hadisə baş verir. Belə ki, ABŞ və müttəfiqlərinin qoşunlarının çıxarılması göründüyü kimi başa çatdı. Bu barədə CNN telekanalının bu səhər yaydığı təcili xəbərlər buraxılışında bildirilib. Buraxılışın aparıcısı daha sonra deyib: “ABŞ Müdafiə Nazirliyinin yüksək çinli məmuru CNN-ə sonuncu amerikalı hərbçinin Baqram aviabazasını tərk etdiyini söylədi. Bununla da ABŞ və NATO…

İlham Əliyev Cozef Baydeni təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu…

Türkiyədə 50 milyon dozadan çox vaksin istifadə edilib

İyulun 1-dək Türkiyədə koronavirusa qarşı 50 milyondan artıq doza vaksin istifadə edilib. Bu barədə özünün “Twitter” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb. T.Ərdoğan bildirib: “Vaksinlər pandemiyaya qarşı mübarizədə ən effektiv silahdır. İyulun 1-dək ölkəmizdə artıq 50 milyon dozadan çox koronavirus vaksini istifadə edilib”. Türkiyə Prezidenti vurğulayıb ki, tezliklə aktiv istifadəyə başlanacaq olan Türkiyənin istehsal…

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək Avropa çempionu oldu

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən K.Heybətov finala vəsiqə qazanıb. İyunun 30-da keçirilən həlledici və prinsipial görüşdə Ermənistan…

Rusiyada COVID-19 tüğyan edir

Rusiyada son sutka ərzində koronavirus səbəbindən ölənlərin sayı 672 nəfərə yüksəlib. Bu pandemiyanın başlanğıcından yeni rekord göstəricidir. Bir gün əvvəl isə virus səbəbindən 669 nəfər dünyasını dəyişmişdi. Eyni zamanda Rusiyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma sayı 23 min 543 nəfərə yüksəlib ki, bu da 17 yanvardan bəri ən yüksək göstəricidir. Ümumilikdə, ölkədəki infeksiya səbəbindən ölənlərin sayı…