Polşa ATƏT-in parlament iclasına qatılacaq Rusiya nümayəndə heyətinə viza vermədi

Polşa ATƏT-in parlament iclasında iştirak etmək məqsədilə ölkəyə gələcək Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib. Parlamentarilər ATƏT Parlament Assambleyasının noyabrın 24-dən 26-dək keçiriləcək payız sessiyasına qatılmaq üçün Varşavaya gəlməli idilər. Məlumata görə, rusiyalı diplomatlar Avropa Birliyi ölkələrinə səyahət məhdudiyyətlərinə görə tədbirdə iştirak edə bilməyəcəklər.

“Minsk Qrupu artıq işlək deyil, onun mandatına son verilə bilər”

ABŞ administrasiyası ATƏT-in Minsk Qrupu mexanizminin artıq işləmədiyini, Vaşinqtonun yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanması ilə məşğul olduğunu bəyan edib. Bu fikirləri ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bildirib. “Düşünürəm ki, ATƏT-in Minsk Qrupu konsensus vasitəsilə onun mandatına son verə biləcəyimiz səviyyəyə qədər…

Zelenskiyə fevralın 24-də bütün Kiyevin təxliyəsi təklif olunub

Rusiyanın Kiyevə ilk raket hücumundan sonra paytaxtın bütün əhalisini təxliyə etmək təklifi var idi. PLATFORM4.NEWS xəbər verir ki, əgər bütün insanlar Ukraynanı tərk etsəydi, o zaman dövlət artıq itiriləcəkdi, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı jurnalistlərə müsahibəsində bildirib. “Təklif var idi ki, paytaxtın, bütün əhalinin boşaldılması, bütün infrastrukturun, bütün mağazaların bağlanması, işığın kəsilməsi və…

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha…

Polşalı general: “Müharibəyə traktora hücum etməklə başlamırlar”

“Raketlərin ölkə ərazisinə düşməsindən sonra hakimiyyət hava hücumundan müdafiə ilə bağlı əlavə tədbirlərin görülməsi barədə düşünməlidir”. Bu barədə Polşa generalı və GROM desant bölməsinin keçmiş rəhbəri Roman Polko bildirib. General baş vermiş hadisəni dünya müharibəsinin xəbərçisi və ya NATO-ya hücum cəhdi kimi qiymətləndirməməyə çağırıb. “Yadda saxlamalıyıq ki, müharibə traktora hücum etməklə deyil, kritik infrastruktur obyektlərinə…

İsveç Ukraynaya ən böyük hərbi yardım paketini açıqladı

İsveç Ukraynaya üç milyard kron (287 milyon dollar) dəyərində bu günə qədər ən böyük müdafiə yardımı paketini təqdim etməyi planlaşdırır. Paketə hava hücumundan müdafiə sistemi də daxildir. Bu barədə İsveç Baş naziri Ulf Kristersson məlumat verib. “Bu, əvvəlki səkkiz paketin hamısının cəmindən daha böyük hərbi dəstək paketidir”, – deyə Kristersson qeyd edib. O vurğulayıb ki,…

Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu axtarışa verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kadırov “ibtidai istintaqdan gizlənən şəxslər” siyahısındadır. Eyni zamanda o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, həmçinin təcavüzkar müharibə aparmaqda şübhəli bilinir. Xatırladaq ki, bir müddət əvvəl Kadırov Limanda rus qoşunlarının məğlubiyyətindən sonra Ukraynaya qarşı “məhdud güclü nüvə silahlarından” istifadə etməyə…

ABŞ və Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına altı fiziki və iki hüquqi şəxsi əlavə edib. Bu barədə çərşənbə günü Kanada Xarici İşlər Nazirliyindən bildirilib. Xüsusilə, “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” sanksiyalara məruz qalıb. Bundan əlavə, Kanada İranda insan haqlarının pozulmasında əli olan şəxslərə də məhdudiyyətlə…

Rusiya ordusuna xarici vətəndaşlığa malik şəxslər də çağırılacaq

Xarici vətəndaşlığı və ya xaricdə yaşamaq icazəsi olan Rusiya vətəndaşları ölkənin Silahlı Qüvvələrinə çağırıla biləcəklər. Bu, Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi dərc olunan “Hərbi xidmət qaydası haqqında Əsasnamə”yə dəyişiklik edən fərmanından irəli gəlir. Əvvəllər yalnız Rusiya Federasiyasının vətəndaşı olan şəxslər hərbi xidmət keçə bilərdilər. Əcnəbilər isə yalnız əsgər, matros, çavuş və gizirlərin sıralarında müqavilə…

Zelenski Xersondan video yayımlayıb

Prezident Vladimir Zelenski rus işğalçılarından azad edilmiş Xersondan video yayımlayıb. Dövlət başçısı əsgərlər qarşısında çıxış edib. “Əziz zabitlər, əziz hərbçilər, bizim qəhrəmanlarımız. Biz doğma Ukraynanın Xerson vilayətində sizinlə birlikdə olmaqdan şərəf duyuruq. Ürəyimdə, ruhumda hərarət. Mən sizə təşəkkür etmək istəyirəm. Ukraynanı Xerson vilayətinə qaytarırıq. Biz dövlətimizi, bayrağımızı qaytarırıq. Necə ki, Xerson vilayəti bütün 9 aylıq…