Zelenski Ukrayna xalqına müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski xalqına videomüraciət edib. Videomüraciətdə bildirib ki, Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq. “Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq,…

Türkiyə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırdı

Türkiyə baş verən son hadisələrdən sonra Ukraynanın şərq bölgəsində olan vətəndaşlarına oranı tərk etməyi tövsiyə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Vətəndaşların zəruri hallarda Türkiyənin Kiyevdəki səfirliyi ilə əlaqə saxlamaları istənilib. Qeyd edək ki, Türkiyə Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “respublika”larını tanınmasını rəsmi olaraq pisləyib.

Şarl Mişel Zelenski ilə telefonla danışdı

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Şarl Mişel öz rəsmi tviter hesabında yazıb. “Avropa İttifaqının Ukrayna ilə tam həmrəy olduğunu ifadə etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdım. Aİ qətiyyətlə sizin yanınızdadır və Ukraynanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Rusiyanın addımı…

“Rusiya ABŞ-la danışıqlara hazırdır”

“Moskva əvvəl olduğu kimi Vaşinqtonla danışıqlara hazırdır. Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıması barədə qərarı onun dialoqa hazırlığına təsir etmir”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live” yutub kanalının efirində deyib. O bildirib ki, Rusiya, hətta ən çətin anlarda belə danışıqlar prosesinə hazır olduğunu açıqlayıb. Qeyd edək ki, Rusiya…

ABŞ diplomatlarını Ukraynadan Polşaya təxliyə edir

ABŞ Dövlət Departamenti Ukraynada olan bütün əməkdaşlarını təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bu ölkədən Polşaya köçürür. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb. Bildirilir ki, burada söhbət əsas olaraq ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarından gedir. Mənbələrdən birinin sözlərinə görə, Prezident Co Baydenin rəsmi şəxsləri Rusiyanın Ukraynaya hücumu olmazsa? personalı sabah səhər geri qaytaracaqlar. Dövlət Departamenti…

Polşada Xocalı soyqırımı ilə bağlı aksiya

Polşanın Poznan şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar dinc aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının və Poznanın azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə şəhərin izdihamlı məkanlarından birində baş tutan aksiya zamanı Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Yerli sakinlərə ingilis və polyak dillərində Xocalı soyqırımı həqiqətlərinin…