Türkiyə baş verən son hadisələrdən sonra Ukraynanın şərq bölgəsində olan vətəndaşlarına oranı tərk etməyi tövsiyə edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Vətəndaşların zəruri hallarda Türkiyənin Kiyevdəki səfirliyi ilə əlaqə saxlamaları istənilib.
Qeyd edək ki, Türkiyə Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “respublika”larını tanınmasını rəsmi olaraq pisləyib.







