Rotterdamda Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Niderlandın Rotterdam şəhərindəki “Life & Changing” İncəsənət və Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Niderlanddakı səfirliyinin, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri…

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – Video

Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Watch this video on YouTube Prezident Vladimir Putinin bəyanatı – Hörmətli İlham Heydər oğlu! Xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti ilə birgə indicə bizim tərəfimizdən imzalanan Rusiya və Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dövlətlərarası münasibətlərimizin…

Prezident sülh müqaviləsindən danışdı

“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq yollarının axtarışında Rusiyanı özünün əsas tərəfdaşı hesab edir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. “Mən artıq dedim ki, Vladimir Vladimiroviç Putin Qarabağda müharibənin dayandırılmasında, nizamlanmanın qaynar fazadan siyasi nizamlanma mərhələsinə keçirilməsində mühüm rol oynayıb və bu gün Rusiya Azərbaycan və Ermənistan arasında…

“Bu sənəd çox müsbət əhəmiyyət kəsb edəcək”

“İlk növbədə Rusiyaya rəsmi səfərə dəvət etdiyinizə görə sağ olun. Şadam ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır”.  Bunu Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib. O bildirib ki, həmkarı ilə noyabrın sonunda görüşüb: “O vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam. Bütün bunlar ona…

Rusiya ilə imzalanmış Bəyannamənin tam mətni

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bəyannamədə deyilir: Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham…

Rusiya Ukraynadakı səfirlik əməkdaşlarını təxliyəyə hazırlaşır

Rusiya yaxın vaxtlarda Ukraynadakı səfirlik əməkdaşlarını təxliyə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Rusiya diplomatları dəfələrlə hədəfə çevrilib, Kiyevdəki diplomatik nümayəndəliyin binasına, həmçinin Odessa, Lvov və Xarkovdakı baş konsulluqlara hücum edilib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Diplomatik və Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyaları üzrə öhdəliklərinə zidd olaraq, Ukrayna hakimiyyəti Rusiya…

Rusiya qondarma “DXR” və “LXR”lə diplomatik əlaqələrə başlayır

“Fevralın 22-dən Moskva Rusiyanın suverenliyini bir gün əvvəl tanıdığı Donetsk və Luqansk Xalq Respublikaları ilə diplomatik əlaqələr qurur”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. “Rusiya Prezidenti Vladimir Putinin bu il 21 fevral tarixli 71 saylı fərmanına uyğun olaraq, bu gün, 22 fevral 2022-ci il tarixdə Rusiya XİN ilə DXR XİN, o cümlədən Rusiya…

BMT-dən Putinin Minsk razılaşmaları ilə bağlı sözlərinə cavab

“Minsk razılaşmaları mövcud olmaqda davam edir və Ukraynada deeskalasiyaya aparan yoldur”. Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinq zamanı Rusiya Prezidenti Vladimir Putinin Minsk razılaşmaları ilə bağlı sözlərinə cavab olaraq deyib. “Bizim fikrimizcə, mövcud diplomatik çərçivə var və onlardan deeskalasiyaya aparan yol kimi istifadə edilməlidir”, – deyə Düjarrik Rusiya liderinin sözlərini şərh edərkən…