Lukaşenko Kiyevi hədələyib
Lukaşenko Amerikanın uzaqmənzilli yaylım atəşli reaktiv sistemlərinin Ukraynaya təhvil verilməsinə əsəbi reaksiya verib. Aleksandr Lukaşenko Ukrayna Silahlı Qüvvələri rusiyalıların Ukraynaya zərbələr endirmək üçün hərbi baza yerləşdirdiyi Qomel vilayətindəki Mozır şəhərinə hücum edəcəyi təqdirdə Ukrayna şəhərlərini vuracağı ilə hədələyib. BELTA təbliğat resursunun verdiyi xəbərə görə, bu barədə o, Bobruyskda “Belşina” ASC-nin əməkdaşları ilə söhbəti zamanı bildirib.…





