“Artıq Zəngəzur dəhlizi də açılmalıdır”

“Artıq Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir”. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk…

“Biz dünyanı sülhə gətirməliyik”

“Biz dünyanı sülhə gətirməliyik”. Bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. “Ukraynadakı müharibə dünyanı təlatümə salır. Biz də ərəb dövlətləri olaraq bundan əziyyət çəkirik. Artıq dünyanın qarşısında böyük problemlər ortaya çıxır. Hər bir davranışımıza görə məsuliyyət daşımalıyıq”, – o…

“Azərbaycan enerji daşıyıcılarının alternativ tədarük mənbəyinə çevrilib”

“Azərbaycanın enerji daşıyıcıları Avropaya hər hansı siyasi təzyiqdən azad alternativ tədarük mənbəyinə çevrilib”. Bunu Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa IX Qlobal Bakı Forumunda deyib. “Rusiya öz enerji daşıyıcılarından siyasi təzyiq aləti kimi istifadə edir”, – deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan həmçinin “yaşıl”, bərpa olunan enerji növlərinin habına çevrilməkdədir:…