Azərbaycan xalqının Qurtuluş Günü

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Xalqın təkidli…

“Üçüncü Dünya müharibəsi elan olunub”

“Bu gün Üçüncü Dünya müharibəsi elan olunub”. Bunu Roma Papası Fransisk “İsa Cəmiyyəti”nin Avropa jurnallarının rəhbərləri ilə söhbətində bəyan edib. “Bir neçə il əvvəl ağlıma gəldi ki, biz Üçüncü Dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə hesab edirəm ki, artıq elan olunub”, – deyə pontifik bildirib. O, insanları bu barədə düşünməyə çağırıb. “Bir əsrdə üç dünya müharibəsi yaşayan…

“Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”

“Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olmuş minifutbol üzrə milli komandamızı qəbul edərkən bildirib. Ölkə…

İdmançımız dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokiodan 2020 XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanıb. O, 50 metrəyə sərbəst üsulla üzmə növündə 24.18 nəticə göstərib. Qeyd edək ki, daha öncə keçirilmiş yarışlarda R.Saley 2 gümüş medala…

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Bakıdakı səfirliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, – deyə, təbrikdə deyilir.

Ukrayna Qərb tərəfdaşlarından tələb olunan silahların yalnız 10%-ni alıb

Qərb tərəfdaşları hazırda Rusiya ordusu ilə paritet yaratmaq üçün tələb olunan silahların təxminən 10%-ni Ukraynaya veriblər. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. “Ukrayna nə qədər səy göstərsə də, ordumuz nə qədər peşəkar olsa da, Qərb tərəfdaşlarının köməyi olmadan biz bu müharibədə qalib gələ bilməyəcəyik… Biz lazım olan silahlardan təxminən 10%-i almışıq”,…