Böyük Britaniyanın baş naziri Boris Conson istefası ərəfəsində vida nitqi söyləyib.
O, Britaniya parlamentinin İcmalar Palatasında çıxış edib.
O, növbəti baş naziri amerikalılara yaxın olmağa və ukraynalıların müdafiəsinə qalxmağa çağırıb.
Conson aktyor Arnold Şvartseneggerin “Terminator 2″ adlı Amerika filmindəki ifadəni deyib: ” Hasta la vista, baby”.
“Son bir neçə saniyədən istifadə edib, cənab spiker, kim olursa-olsun, öz varisim üçün bəzi məsləhətlər vermək istəyirəm.Birincisi, amerikalılara yaxın olun, ukraynalıların müdafiəsinə qalxın, hər yerdə azadlıq və demokratiyanın müdafiəsinə qalxın. Conson dedi..
O, gələcək baş naziri Böyük Britaniyada vergiləri azaltmağa çağırıb.







