Ukrayna “Dronların ordusu” layihəsi üçün təxminən 20 milyon dollar topladı

Ukrayna “Dronların ordusu” layihəsi çərçivəsində dron-kəşfiyyatçılar üçün təqribən 20 milyon dollar toplayıb. Avqustun 3-də bu multikopterlərin ilk partiyası cəbhəyə yola salınıb. Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib. “Bu PUA-lar bu gün cəbhə xəttinə gedəcək. Onların arasında ən yaxşı dronlardan biri də “FlyEye”dir ki, sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata…

Ermənilərdən azad olunan yüksəkliklərin adları açıqlandı

“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”. Bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. “Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, – nazirlik vurğulayıb.