Estoniya rus dilindən imtina edir

Estoniyanın təhsil nazirliyi Tonis Lukas rus dilindən ikinci xarici dil kimi imtina edilməsi təklifi ilə çıxış edib. O, bu barədə ERR telekanalının efirində bildirib. “Estoniyada ikinci xarici dil kimi rus dilinin üstünlük təşkil etməsi normal deyil. Məktəblər valideynlərin istəklərinə cavab verməli və həll yollarını özləri tapmalıdırlar. Dilin özünün heç bir günahı yoxdur, biz dilə qarşı…

Xərçəngin diaqnostikası və müalicəsi üçün işıq saçan kapsullar yaradıldı

Xərçəng şişlərinin diaqnostikası və effektiv müalicəsi üçün kapsullar hazırlanıb. Bu barədə RF Seçenov Universitetinin alimləri xəbər veriblər. Bildirilir ki, tədqiqatçılar şişlərə dərman çatdırılması üçün polimer çoxqatlı kapsulların yaradılması sxemini işləyiblər. Preparatın üst qatına isə şiş hüceyrələri ilə qarşılıqlı əlaqədə olduqda müəyyən rəngdə işıq saçmağa başlayan flüoresan yarımkeçirici nanokristalların əlavə edilməsi planlaşdırılıb. Bu üsulla hüceyrələrin vizuallaşdırılması…

“Azərbaycandan zəfər müjdəsi!” – VİDEO

Türkiyənin Haber Global telekanalı Azərbaycan Ordusunun Qarabağda qanunsuz erməni silahlı dəstələrinə qarşı keçirdiyi “Qisas” əməliyyatından bəhs edən süjet yayımlayıb. Videomaterialda ordumuzun fəaliyyətinin zəfərlə müşayət olunduğu bildirilib. Belə ki, əməliyyat nəticəsində bir sıra yüksəkliklərə nəzarət təmin olunub.

Prezident yüksək nəticə göstərən idmançı və məşqçiləri mükafatlandırdı

Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılırlar:…