Latviya səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir. Səfirlik belə bir qərarın səbəbini açıqlamayıb. Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə…

Zaxarovadan azərbaycanlı həmkarlarına dəstək

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm”. Bunu  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb. O, vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki. Zaxarovanın sözlərinə görə, belə hadisələr qeyri-adi haldır. “Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual verirəm: Siz harada olmusunuz?”,…

Blinken Azərbaycan Prezidentinə zəng edib

Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib. Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat…

Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyev qeyd…

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” ilə bağlı QƏRAR

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bu Qayda “Veteranlar haqqında” qanuna uyğun olaraq hazırlanıb və müharibə veteranlarının reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan…