Fransada hökumət sakinlərə qıtlıq barədə xəbərdarlıq etdi

Fransa hökuməti vətəndaşlara qışa indidən hazırlaşmağı təklif edib. Belə ki, Milli Assambleyanın deputatı İzabell Valantin ölkədə rekord dərəcədə aşağı yanacaq ehtiyatı olduğunu açıqlayıb. “Ukraynada münaqişə başlayandan müxtəlif resursların çatışmazlığı (Fransada) artır. Yarımkeçiricilər, xammallar, dənli bitkilər… Çoxsaylı sektorlar təsirlənir, bu da ümumi qiymət artımına səbəb olur. Bu, davamlı olaraq bahalaşan qalıq yanacaqlara da aiddir, hansı ki,…

Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya təhvil verəcək

Slovakiya hakimiyyəti öz MiQ-29 qırıcılarını Ukraynaya verək niyyətindədir. Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib. Məlumata görə, təyyarələr bu il avqustun sonuna kimi istismardan çıxarılmalıdır. Nazir Ukraynaya göndərilən qırıcıların dəqiq sayını açıqlamasa da, Bratislavanın 11 ədəd MiQ-29-a malik olması məlumdur. Döyüş təyyarələri Kiyevə təhvil verildikdən sonra Slovakiyanın hava məkanı, ehtimal ki, Çexiya və Polşa təyyarələri…

“ABŞ Rusiya və Çinlə müharibə astanasındadır”

ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və milli təhlükəsizlik müşaviri (1969-1975) Henri Kissincer “The Wall Street Journal”a müsahibəsində ABŞ-ın Rusiya və Çinlə müharibə astanasında olduğunu bildirib. O, hazırda gərginliyi artırmamağın vacibliyinə diqqət çəkib. “Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı barədə heç bir fikrimiz olmadan müharibənin astanasındayıq”, – deyə siyasətçi vurğulayıb. O, həmçinin…

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

Fransa prezidenti Emmanuel Makron Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolları imzalayıb. Prezident administrasiyasının mətbuat xidməti Finlandiya və İsveçin alyansa qoşulma qərarını suveren seçim adlandırıb. Bildirilib ki, bu, həmin ölkələrin təhlükəsizliyini gücləndirəcək. Qeyd olunub ki, hər iki ölkənin alyansa qəbulu kollektiv Avropa təhlükəsizliyinə töhfə verəcək.

Danimarka rusiyalılar üçün Şengen qadağasını dəstəkləyir

Danimarka hökuməti Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin məhdudlaşdırılmasının tərəfdarıdır. Amma bunu bütün Aİ ölkələri ilə birlikdə etməyə üstünlük verir. Bunu Danimarkanın immiqrasiya naziri Kaare Dibvad bildirib. Onun sözlərinə görə, bütün 2021-ci illə müqayisədə bu ilin ilk beş ayında Rusiya vətəndaşlarına Danimarkaya daxil olmaq üçün demək olar ki, üç dəfə çox turist vizası verilib. “Estoniyanın təklifi…

“35 656 terrorçu zərərsizləşdirilib”

Şəhid ailələri və qazilərlə görüşən Türkiyənin müdafiə naziri Hulusi Akar 24 iyul 2015-ci il tarixindən indiyədək 35 min 656 terrorçunun zərərsizləşdirildiyini bildirib. Balıkəsir Polis Evində təşkil olunan ziyafət proqramında çıxış edən nazir Silahlı Qüvvələrin ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməyə davam etdiyini vurğulayıb. Akar son illərdə Türkiyə ordusunun vəzifə…

“Rusiya qoşunlarının 20%-i məhv edilib”

Rusiya ordusu artıq Ukraynada döyüşlərdə iştirak edən bölmələrinin beşdə birini itirib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib. O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millli ilə telefon danışığı aparıb. Hərbçilər Ukraynadakı müharibədə Rusiya qoşunlarının itkiləri ilə bağlı hesablamaları dəqiqləşdiriblər. Zalujnı Milliyə və Amerika vətəndaşlarına Ukrayna xalqının, eləcə də ümumi dəyərlərin…