İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verə bilər
İran Ukraynaya qarşı müharibə üçün yer-yer tipli ballistik raketləri Rusiyaya ötürməyi planlaşdırır. Bu barədə “Washington Post”a iki amerikalı məmur məlumat verib. Onların sözlərinə görə, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatı belə nəticəyə gəlib. Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar. Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır. Bu qısamənzilli ballistik raketlər müvafiq olaraq…






