Oktyabrın 17-də Paytaxt Kiyevin mərkəzində kamikadze pilotsuz uçan aparatın vurduğu evin dağıntıları altından digər ölmüş sakinin – yaşlı qadının meyitini çıxarıblar.
Hazırda ölənlərin sayı 5-ə çatıb. Bu barədə Kiyevdə yaşayan soydaşımız, “AİP” diaspora təşkilatın sədri Qulu İbrahimov bildirib.

Onun sözlərinə görə, evdə axtarış-xilasetmə işləri davam edir.
“Xilasedicilər və digər xidmətlər işləyir deyə Q.İbrahimov əlavə edib.










