26 yaşlı Azərbaycan əsilli xanım İsveçin yeni hökumətində nazir vəzifəsinə təyin olunub

Azərbaycan əsilli Romina Purmoxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. Baş nazir Ulf Kristersson hökumətinin 18 oktyabr 2022-ci il tarixində açıqlanan tərkibində yer alan 27 yaşlı soydaşımız İsveç tarixində ən gənc nazir hesab olunur. Romina Purmoktari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyasının…

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı silsilə tədbirlər davam etdirilir

DİN-in Polis Akademiyasının əməkdaşları tərəfindən Şabran, Siyəzən, Xaçmaz, Şəmkir, Göyçay, Biləsuvar, Bərdə, Şamaxı, Hacıqabul və Kürdəmir rayonlarındakı məktəb müəllimləri və IX-XI sinif şagirdləri ilə görüşlər keçirilmişdir. Görüş iştirakçılarına polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərimizin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 65 850 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 548 tank, 5 219 zirehli maşın, 1 622 artilleriya sistemi, 372 reaktiv yaylım atəşi sistemi, 188…

“Rusiya Ukraynanın enerji sisteminə raket zərbələrini artırıb”

“Rusiyanın Ukrayna ərazisinə kütləvi raket zərbələrində əsas məqsəd enerji paylayıcı şəbəkəyə genişmiqyaslı ziyan vurmaqdır”. Bu barədə Britaniya kəşfiyyatının gündəlik xülasəsində bildirilib. Hesabatda qeyd edilib ki, oktyabrın 10-dan bəri Rusiya Ukraynadakı hədəflərə qarşı uzunmənzilli zərbələrin sürətini artırıb. Zərbələr qanadlı raketlər, “yer-yer” tipli zenit-raket kompleksləri və İran tərəfindən təchiz edilmiş “Shahed-136” pilotsuz uçuş aparatları ilə endirilib. “Avqust…

İlham Əliyev Livana yeni səfir təyin etdi

Prezident İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Səməd Əyyub oğlu Həsənov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gəncədə Zəfər Forumu keçirilir

Gəncə şəhərində Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Forumu keçirilir. “Report”un  məlumatına görə tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QHT nümayəndələri…

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi məktəblilər üçün MÜSABİQƏ KEÇİRİR

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 8-9-10-11-ci sinif şagirdləri arasında “Xəyallarımı hekayəmdə anlatdım” qısa hekayə yazma müsabiqəsi keçirilir.  Rezonans.az mövzu üzrə istiqamətləri təqdim edir. 44 günlük Qarabağ Zəfəri! Vətənə sevgi! Şəhidlər ölməz! Ailə hər şeydir! Dost uğrunda fədakarlıq! Dürüstlük! Təbiəti qoruyaq! Sağlamlığın keşiyində! Böyüklərə hörmət, kiçiklərə şəfqət! Sərbəst mövzu! Müsabiqədə iştirak…

Kiyevdə hündürmərtəbəli binaya pilotsuz təyyarə zərbəsi – Foto

Oktyabrın 17-də Paytaxt Kiyevin mərkəzində kamikadze pilotsuz uçan aparatın vurduğu evin dağıntıları altından digər ölmüş sakinin – yaşlı qadının meyitini çıxarıblar. Hazırda ölənlərin sayı 5-ə çatıb. Bu barədə Kiyevdə yaşayan soydaşımız, “AİP”  diaspora təşkilatın sədri Qulu İbrahimov  bildirib. Onun sözlərinə görə, evdə axtarış-xilasetmə işləri davam edir. “Xilasedicilər və digər xidmətlər işləyir deyə Q.İbrahimov əlavə edib.…