Rusiya Ukraynanın bərpası üçün Ukraynaya 750 milyard dollardan 1 trilyon dollara qədər təzminat ödəməlidir.
Bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri, ABŞ Sülh İnstitutunun vitse-prezidenti Uilyam Teylor beynəlxalq Krım platformasının birinci parlament sammiti zamanı deyib.
“Məhkəmə olmalıdır, təzminat ödənilməlidir. Ukraynanın bərpası üçün 750 milyard, hətta bir trilyon dollara qədər pul ödənilməlidir və bunun ən azı 300 milyardı Mərkəzi Bankın G7 ölkələrinin banklarında olan Rusiya Federasiyasının dondurulmuş aktivlərindən gəlməlidir” deyə bildirib.
Teylor əlavə edib ki, G7 ölkələri bu məsələ üzərində işləməlidir. O qeyd edib ki, Rusiya ilə müharibədə Ukraynanın qələbəsi qaçılmazdır.
“Mən əminəm ki, bu, Rusiyanın hərbi çöküşünə gətirib çıxaracaq. Beləliklə, Rusiya uduzacaq, Ukrayna isə qalib gələcək”, – Teylor vurğulayıb.







