“Biz Füzuli və Zəngilan hava limanlarına regionun inkişafı üçün strateji addımlar kimi baxırıq”

“Biz Füzuli və Zəngilan hava limanlarına regionun inkişafı üçün strateji addımlar kimi baxırıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlama verərkən deyib. O bildirib ki, Azərbaycana son səfəri zamanı azad olunmuş torpaqların minalardan təmizlənməsi üzrə işlərin sürətləndirilməsi qərara alınıb. “Cümə axşamı Azərbaycana getdik və qardaşım İlham Əliyevlə işğaldan azad edilmiş rayonda tikilmiş…

Krım Ukraynaya qayıdandan sonra Kerç körpüsü…

“Krım Ukraynaya qayıdandan sonra Kerç körpüsü mövcud olmayacaq”. Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində bildirib. Ölkənin baş kəşfiyyatçısından Krım körpüsündə nələrin baş verdiyi soruşulub. Budanov bu suala birbaşa cavab verməkdən yayınıb. “Cavab vermək üçün çətin sualdır. Yaxşısı budur, bu barədə başqa vaxt danışaq. Yalnız onu deyə bilərəm ki,…

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.…

Rusiyalılar Xersonda qalmış kişiləri Ukraynaya qarşı döyüşməyə “dəvət edirlər”

Rusiyalılar Ukraynanın işğal olunmuş Xerson vilayətində qalan kişilərə Ukraynaya qarşı döyüşmək imkanı təklif edirlər. Bu barədə Xerson vilayətinin “qondarma idarəsi”ndən məlumat verilib. “Xersonda öz istəyi ilə qalan bütün kişilər şəhərin ərazi “müdafiə” hissələrinə qoşulmaq imkanına malikdirlər”, – deyə “administrasiyadan” bildirilib.

Britaniya kəşfiyyatı İran PUA-larının Ukraynaya hücumlarının səbəblərini açıqladı

Rusiya İranın “Shahed-136” PUA-ları ilə Ukraynaya hava hücumundan müdafiə sistemini yarmağa çalışır. Onlar getdikcə az olan raketləri əvəz edir. Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib. Qeyd edilir ki, Rusiya İranın PUA-larından bütün Ukraynadakı hədəflərə qarşı istifadəyə davam edir. Ukraynanın “Shahed-136” PUA-sını məğlub etmək səyləri daha uğurlu olur. Ölkə prezidenti Volodimir Zelenski də…

“Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək sülh müqaviləsini imzalayacaq”

“Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. “İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş…

“Mən Gürcüstanda özümü evimdəki kimi hiss edirəm”

“Mən doğrudan da özümü evimdəki kimi hiss edirəm”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. “Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda beynəlxalq təşkilatların keçirildiyi tədbirlər…