Zelenski Ukraynada istifadə olunan İran PUA-larının sayını açıqladı

Rusiya artıq Ukrayna ərazisində İranın 400-ə yaxın kamikadze PUA-sını istifadə edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəyə səfərə gələn Qvineya-Bisau Prezidenti Umaru Sissoko Embalo ilə birgə keçirdiyi brifinqdə açıqlama verib. “Artıq 400-ə yaxın İran pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub. Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram ki, onların 60-70%-i vurulub. Bu pis…

Cənubi Koreya Yaponiya dənizi sahillərinə desant çıxardı

Cənubi Koreya Silahlı Qüvvələri Yaponiya dənizi sahillərində desantın çıxarılması üzrə təlimlər keçirib. Hotuk təlimi çərçivəsində hərbi manevrlərdə 6 minə yaxın hərbi qulluqçu, 40-a yaxın amfibiya desant maşını, 50-yə yaxın aviasiya texnikası, o cümlədən 10 gəmi və 1 desant gəmisi iştirak edib. Təlimlər oktyabrın 28-nə qədər davam edəcək. Qeyd olunur ki, təlimlərdə silahlı qüvvələrin müxtəlif bölmələrinin sahildə…

Prezident Azərbaycanla İsveçrə arasında Sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.   Sənədə əsasən, razılığa gələn tərəflərdən birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər razılığa gələn tərəfdə və ya…

“Hər şey təsəvvür etdiyimizdən qat-qat qorxuludur”

“Hər şey Almaniyada təsəvvür olunduğundan qat-qat pisdir”. Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfərindən sonra bildirib. O, Rusiyanın başlatdığı müharibə ilə bağlı hekayələrdən şoka düşdüyünü qeyd edib. Ştaynmayerin fikrincə, Almaniyada insanlar əsl vəziyyət haqqında yanlış təsəvvürə malikdir. Almaniya prezidenti Ukraynaya səfəri zamanı raket təhlükəsi səbəbindən Çerniqov vilayətindəki anbarda təxminən iki saat qalıb. Onun sözlərinə görə,…

“Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur”

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya Ukraynanı “çirkli bomba” istifadə etməkdə günahlandırır və bu bəhanədən istifadə edərək Ukraynada eskalasiyanı genişləndirmək niyyətindədir. Alyans rəhbərinin bu açıqlaması NATO-nun rəsmi saytında dərc edilib. “NATO müttəfiqləri bu saxta ittihamı rədd edirlər. Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu…

Polşa Senatı Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıdı

Polşa parlamentinin yuxarı palatası (Senat) çərşənbə günü Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıyan qətnaməni qəbul edib. Məlumata görə, səsvermədə 85 senator iştirak edib. Bütün senatorlar Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməni dəstəkləyiblər. Senat həmçinin beynəlxalq ictimaiyyəti Ukraynadakı cinayətlərə görə məsuliyyət daşıyanların işini araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə hər cür dəstək verməyə çağırıb və ukraynalı qaçqınlara kömək etdiyinə…