Maydanda atışma zamanı Yanukoviç Putinə 11 dəfə zəng edib

Ukrayna prezidenti titulundan məhrum edilən Viktor Yanukoviç 2014-cü il fevralın 18-dən 20-dək Rusiya prezidenti Vladimir Putinə 11 dəfə zəng edib . Bu barədə brifinqdə Baş Prokurorluğun Maydanla iş üzrə idarəsinin rəis müavini Denis İvanov bildirib . Sonra bir sıra məmurlar və Yanukoviç Rusiya Federasiyasının rəhbərliyi ilə xüsusi hökumət əlaqəsi ilə əlaqə saxladılar. Yanukoviç Putinlə 11, daxili işlər naziri Vitali Zaxarçenko ilə Rusiya Federasiyasının daxili işlər…

Soyadın və adın dəyişdirilməsinə görə dövlət rüsumu dəyişir

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul…

Türkiyə XİN rəhbəri Ermənistana xəbərdarlıq edib

“Azərbaycan əldə etdiyi zəfərdən sonra bölgənin sabitliyi və inkişafı üçün “altılıq platforması” təşəbbüsü ilə çıxış edib, Ermənistana sülh təklif edib. Təsəvvür edin, müharibədə qalib gələn tərəf, güclü olan tərəf sülh təklifi ilə çıxış edir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəhreynli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib. Nazir ötən il üçtərəfli atəşkəsdən dərhal sonra Ermənistanın…

Rusiyadan “İsgəndər” istədilər

Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qeyd edib ki, Rusiya lazım gələrsə, Belarusa bir neçə batalyon “İsgəndər” raket kompleksləri verə bilər. Bu barədə Xrenin “Əl-Cəzirə” telekanalına danışıb. O bildirib ki, Rusiyanın bu raket sisteminin yenidən silahlanması prosesini faktiki olaraq tamamladığı görünür: “Biz bu sistemi ölkəmizdə görmək istəyirik. Əslində, ona hazırda sahib olduğumuzu söyləyə bilərik. Mən…

Beşinci dalğa gəlirmi? – “Time” jurnalı

ABŞ-ın “Time” həftəlik jurnalında koronavirus infeksiyasının ehtimal olunan növbəti dalğası haqda yazı dərc olunub. “Beşinci dalğa gəlirmi?” başlıqlı məqalənin müəllifi jurnalın əməkdaşı Kris Uilsondur ABŞ-ın əksər bölgəsində COVİD-19 infeksiyasına yoluxma halları yenidən artmağa başlayıb. Bu, beşinci dalğanın əlaməti ola bilər. Milyonlarla amerikalının Şükranlıq bayramını qeyd etməyə hazırlaşdığı bir vaxtda yeni dalğanın baş qaldırması isə yaxşı…

Dünyanın ən çirkli şəhəri bəlli oldu

Pakistanın Lahor şəhəri dünyanın ən çirkli şəhəri elan edilib. Şəhər sakinləri kəskin dumanda boğularaq rəsmilərdən tədbir görmələrini xahiş edirlər. “Biz yalnız dövlətə yalvara bilərik ki, çirklənməyə nəzarət etsinlər. Mən savadlı insan deyiləm, amma oxumuşam ki, Lahor ən pis hava keyfiyyətinə malikdir, ondan sonra Hindistanın Dehli şəhəri gəlir. Belə davam edərsə, öləcəyik”, – deyə Səid adlı…