“Seçim etməliyik: ya Rusiya, ya da…”

“Avropa tezliklə seçim etməli olacaq: ya Rusiyadan karbohidrogen tədarükündən asılılığını artıracaq, ya da Ukraynanı dəstəkləyərək, sülh və sabitliyin bərqərar olmasını müdafiə edəcək”. Bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib. Eyni zamanda. Böyük Britaniyanın baş naziri Rusiyanı “böyük ölkə” adlandırıb və onu təcrid etmək cəhdlərinə etiraz edib: “Ukraynanın suverenliyini və bütövlüyünü dəstəklədiyimizi deyəndə, bunu Rusiya…

Rusiyadan diqqətçəkən açıqlama: “Dünyanın ilk…”

“Rusiyanın yenidən inkişaf etdirməyə başladığı “S-550” raketdən müdafiə sisteminin hədəfi aşkarlama və vurma məsafəsi artırılacaq”. Bunu Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostek”in baş direktoru Sergey Çemezov jurnalistlərə deyib. “Bizim layihəmiz fasiləsiz olaraq həyata keçirilir və hər hansı hədəfi müəyyən etmə və aşkarlama, eləcə də vurma məsafəsini artırmaq üçün reallaşdırılır. “S-550”-lərlə bağlı işlər diqqət mərkəzindədir”, –…

Mehriban Əliyeva şəhid olan hərbçilərimizin yaxınlarına başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ermənistanın törətdiyi təxribatla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”

Latın Amerikası ölkələrində yaşayan Azərbaycan icması ilə görüş keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində Latın Amerikası ölkələrində yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib. Tədbir Azərbaycan və Meksikanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov 8 Noyabr – Zəfər…

Xarkovda “Xarı Bülbül” azərbaycandilli mədəni təhsil mərkəzi fəaliyyətə başlayıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərindəki 136 nömrəli məktəbdə “Xarı bülbül” adlı azərbaycandilli mədəni təhsil mərkəzi fəaliyyətə başlayıb. Mərkəz “Odlar Yurdu” Gənclər Təşkilatı ilə birlikdə Kifayət Cəfərovanın rəhbərlik etdiyi “Aynur Xatun” Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərəcək. Məktəbin bütün xərclərini Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov öz üzərinə götürüb.