Cənubi Koreya ordusu ölkənin şimal-qərb sərhəd adalarını daha yaxşı müdafiə etmək üçün 2031-ci ilə qədər yerli kəşfiyyat və müşahidə PUA-larını təqdim edəcək.
Bu barədə ölkənin Müdafiə Satınalmaları Proqramı İdarəsi məlumat yayıb.
Ölkənin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərində və adalarda Dəniz Piyadaları Korpusu bölmələri tərəfindən idarə edilmək üçün nəzərdə tutulmuş PUA üçün 570 milyard von (479 milyon ABŞ dolları) dəyərində layihə təsdiqlənib.
“Yeni PUA hazırlanarsa, dəniz ərazilərinin və şimal-qərb sərhəd adalarının real vaxt rejimində monitorinqi vasitəsilə ordunun təhlükəsizlik təhdidlərinə cavab vermək qabiliyyəti gücləndiriləcək”, – deyə məlumatda bildirilir.







