Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqlədi

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib. Bu barədə TRT məlumat yayıb. Bildirilib ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub. Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında hərbi…

“Azad olunmuş ərazilərdəki quruculuq işlərinə Macarıstan da qoşulur”

Bakıda Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib. İki ölkə rəsmilərinin  iştirak etdiyi forum Azərbaycan və Macarıstan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edib. AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes…

ABŞ Avropaya əlavə qüvvələr göndərəcək

Pentaqon yaxın günlərdə Rumıniya, Polşa və Almaniyaya əlavə 2000 hərbçi göndərəcək. Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə deyib. “Mövcud vəziyyət bizdən NATO-nun Şərq cinahının çəkindirmə və müdafiə imkanlarını gücləndirməyi tələb edir”, – Kirbi bildirib. O, hərbi personalın bölgəyə daimi göndərilmədiyini, bu tədbirin regiondakı Amerika müttəfiqlərinə dəstək məqsədi daşıdığını vurğulayıb: “Bu, hazırkı vəziyyətə reaksiyadır,…

Türkiyə və Ukrayna birgə PUA istehsalına dair müqavilə imzaladı

Ukrayna və Türkiyə arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalına dair çərçivə sazişi imzalanıb. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. Bu gün təhlükəsizlik və sülh məsələlərini də müzakirə etdiklərini bildirən Zelenski deyib: “Qarşımızda duran çətinliklər və onların aradan qaldırılması üçün atılacaq addımlar görüşümüzün əsas mövzuları idi. Ukrayna və Rusiya arasında vasitəçilik təşəbbüsünə görə…

Ərdoğan Kırım tatarları ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada Kırım tatarlarının nümayəndə heyətini qəbul edib. “Haberler”  xəbər verir ki, “Borispil” hava limanındakı qəbulda Kırım tatar türk xalqının milli lideri və ukraynalı millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu və nümayəndələr iştirak ediblər. Qəbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum, Türkiyə Prezident…

Putinlə Makronun telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. “Putin yenidən Kiyev rəhbərliyinin Minsk razılaşmalarına zidd olan təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə diqqət çəkib”, – deyə məlumatda bildirilir. Bundan əlavə, dövlət başçıları işlərin…