Azərbaycan və Çin gəncləri “Pekin-2022” Qış Olimpiya Oyunları ilə bağlı həmrəylik nümayiş etdiriblər
Azərbaycan və Çin gənclərinin “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş onlayn formatlı görüşü keçirilib. Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin Azərbaycan dili kafedrası və Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə yerli müəllim-tələbə heyəti, bu ölkədə yaşayan, təhsil alan azərbaycanlı məktəblilər və tələbələr iştirak ediblər. Görüş qarşılıqlı mədəni tədbirlər…






