Bu nazirliyin səlahiyyəti artırıldı

Prezident İlham Əliyev uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb. Fərmanda deyilir: “1. 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron…

“Ramiz Mehdiyev elm fədailərinə qara yaxır”

“Son günlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) xoşagəlməz hadisələr yaşanmaqdadır. Bir ziyalı-alim kimi baş verənlər məni də hədsiz dərəcədə narahat edir. Azərbaycan elminin məbədi hesab edilən Akademiya da baş verənlər çoxəsrlik zəngin elmi tariximizə və elm ictimaiyyətinə yaraşmayan hallardır. Elmlər Akademiyası elmimimzin simasıdır. Ona görə də, istəyirəm ki, Elmlər Akademiyasının keçdiyi şərəfli yol haqqında qısa…

Prezident NATO Baş katibi ilə Ukraynanı müzakirə etdi

Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Dövlət başçısı dəvətə və göstərilən qonaqpərvəliyə görə təşəkkürünü bildirib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq…

Separatçı “DXR” və “LXR”lə bağlı Ukraynadan Rusiyaya ultimatum

“Ukrayna hesab edir ki, Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını (DXR və LXR) tanımasının hüquqi nəticələri olmayacaq”. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu, Donbasdakı diplomatik nizamlanmaya da zərbə vuracaq və dünyada qanunun aliliyinə “dağıdıcı nəticələr” göstərəcək: “Qondarma respublikaların tanınmasının heç bir hüquqi nəticəsi olmayacaq. Rusiya Luqansk və Donetsk vilayətlərində…

“Qondarma “DXR” və “LXR”in tanınması siyasi fəlakət olacaq”

“Rusiya tərəfindən tanınmamış Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin mümkün tanınması siyasi fəlakət və Minsk razılaşmalarının pozulması olacaq”. Bunu Almaniya kansleri Olaf Şolts deyib. “Əgər parlament təklif olunanları qəbul edərsə və bu, reallığa çevrilərsə, əlbəttə ki, bu, Minsk razılaşmalarının pozulması demək olacaq. Bu, prosesin dayandırılacağı və bunun siyasi fəlakət olacağı anlamına gələcək”, – Şolts Putinlə…

“30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək”

“NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir”. Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “NATO-nun genişlənməsi məsələsinə gəlincə, çox gözəl bir ifadə dediniz: “Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq”. “Deyirlər” nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “onların nə dediyini” başa düşməliyik. 30 ildir bizə deyirlər…

“Eşitdiyimizə yox, gördüyümüzə inanırıq”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib. Nazir Tvitter səhifəsində yazıb: “Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq”.

Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edilib

Belçika hökuməti gündəlik iş vaxtının artırılmasına və iş gününün həftədə 4-ə endirilməsinə imkan verən qanun layihəsini qəbul edib. Həftəlik iş gününün 4-ə endirilməsi təklifi oktyabrda liberal düşüncəli siyasətçilər və qanunvericilər tərəfindən irəli sürülüb. Hökuməti formalaşdıran siyasi partiyalar arasında aparılan danışıqlar nəticəsində təklif bəzi dəyişikliklərlə qəbul edilib. Belçika hökumətinin əmək islahatları çərçivəsində qəbul etdiyi qanun layihəsinə…