İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və…

Prezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu, KOBİA-nın işğaldan azad edilmiş…

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”  

Azərbaycan xalqı 28 May Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan xalqı 28 May Müstəqillik Gününü qeyd edir. Bundan 104 il əvvəl hər bir azərbaycanlı üçün bu gün iftixar mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Mövcud olduğu qısa tarixi dövr ərzində bu Respublika istər xalqımızın, istərsə də dünyanın tarixində silinməz iz buraxdı. Azərbaycan xalqı cəmi 23 ay yaşayan Cümhuriyyəti ilə demokratiya yolunda misilsiz –…

Ukraynada yaşayan soydaşlarımız 28 May – Respublika günü münasibətilə xalqımızı təbrik edib

28 May – Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə –…