Haaqada 28 May – Müstəqillik Günü qeyd edilib
Niderlandın Haaqa şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Niderland Krallığındakı səfirliyində təşkil edilən tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Azərbaycan və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxış edib. 104 il…


