“Qərbin reaksiyası Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinə təsir etməyəcək”

“Qərbin reaksiyası Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək”. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. “Belə bir reaksiya, əlbəttə ki, Rusiyanın planlarına təsir edə bilməz. Rusiya Prezidenti Vladimir Putin şənbə günü müsahibədə verdiyi açıqlamalarında hər şeyi izah etdi. Onun sözlərinə əlavə ediləcək heç nə yoxdur”, – deyə o qeyd edib.

Netanyahu məhkəmə islahatlarını yaya qədər təxirə saldı

İsrailin Baş naziri Benyamin Netanyahu və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar ertəsi ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası bildirib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bunun müqabilində Netanyahu yeni güc strukturunun –…

“Makron Fransa vətəndaşlarına qarşı biganədir”

Fransa Prezidenti Emmanuel Makron pensiya islahatından narazı olan ölkə vətəndaşlarının problemləri ilə maraqlanmır. Bu barədə martın 26-da Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani məlumat verib. O qeyd edib ki, Makron birinci və ikinci dövr üçün aydın proqram təqdim etməyib və hakimiyyətə gəlişi ilə bağlı jurnalistlərə qıcıqlanaraq cavab verib. “O, özü haqqında çox yüksək fikirdədir”,…

Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

Avropa İttifaqı Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməsinə sanksiyalarla cavab verəcək. Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel özünün sosial şəbəkə səhifəsində yazıb. O, belə bir addımı Avropa təhlükəsizliyini təhdid edən “məsuliyyətsiz eskalasiya” adlandırıb. “Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi məsuliyyətsiz eskalasiya və Avropa təhlükəsizliyinə təhdid olardı. Belarus hələ də…

“Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”

“Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”. Bu barədə “Trend”ə açıqlamasında Belçika Xarici İşlər Nazirliyinin mətbuat katibi Nikolas Firens Gevert deyib. “Belçika şirkəti Naxçıvanda günəş enerjisinin inkişafına təşəbbüs göstərib. Bu sahədə əməkdaşlıq davam etməkdədir. Yaşıl hidrogen sahəsində layihələrin işlənməsi də Belçikanın xarici tərəfdaşlarla əməkdaşlıq siyasətində prioritet istiqamət təşkil edir”, – o qeyd…

Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırdı

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib. “Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı…