BMT rəsmisi Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqımızı Ramazan bayramı münasibəti ilə təbrik edib. Bu barədə o, “Twitter” hesabında paylaşım edib. “BMT nümayəndəliyi adından Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qoy bu gün sizə sülh, xoşbəxtlik və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!” – Vladanka Andreyeva qeyd edib.  

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə o, rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər…

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

Bakıda Ramazan bayramı münasibətilə namaz qılınıb. Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb. Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq. Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə…

ABŞ kosmik gəmisi buraxılışdan sonra partladı

“Starship” kosmik gəmisinin prototipini daşıyan raket havaya qalxdıqdan 4 dəqiqə sonra partlayıb. Hadisənin canlı yayımı “SpaceX” şirkətinin saytı vasitəsilə aparılıb. Yayımlanan görüntülərdən belə məlum olub ki, 38 km hündürlüyə çatan 120 metrlik raket buraxılışdan təxminən iki dəqiqə yarım sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb. Dəqiqə yarım sonra isə partlayış baş verib. Qeyd olunub ki, raket buraxılış…

Latviyada 9 May Qələbə Gününün qeyd edilməsi qadağan olundu

Aprelin 20-də Latviya Seymi təcili olaraq iki oxunuşda “Mayın 9-da bəzi kütləvi tədbirlərin qadağan edilməsi haqqında” qanunu qəbul edib. Artıq ölkədə mayın 9-da Avropa Günü ilə bağlı olanlar istisna, hər hansı ictimai tədbirlər qadağandır. Əvvəllər Seymin bu il mayın 9-nun Ukrayna müharibəsində həlak olan və yaralananların anım günü elan edilməsinə dair qərar qəbul edəcəyi güman…