Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra vurğulayıb ki, Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün olacaq. O, bu barədə avqustun 18-də Lvovda keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib. Eyni zamanda, Türkiyə Prezidentinin dediyi kimi,…

Rusiya Zaporojye AES-in işini dayandırmaqla hədələdi

Rusiya hərbi komandanlığı Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) işini dayandırmaqla hədələyir. Bu barədə RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib. “5 və 6-cı enerji bloklarının “soyuq rezerv”ə daxil edilməsi məsələsinə baxıla bilər ki, bu da Zaporojye Atom Elektrik Stansiyasının dayanmasına səbəb olacaq”, – deyə Rusiya…

Çin Tayvan sahillərinə 51 təyyarə və 6 döyüş gəmisi göndərdi

Tayvan Silahlı Qüvvələri adaya Çin Xalq Azadlıq Ordusunun 51 təyyarəsi və 6 döyüş gəmisinin  yaxınlaşdığını qeydə alıb. Bu barədə Tayvan Müdafiə Nazirliyinin gündəlik xülasəsində məlumat verilir. “Avqustun 18-i saat 17:00-a olan məlumata görə, Tayvan Silahlı Qüvvələri ada yaxınlığında dəniz və hava məkanında 51 təyyarə və 6 gəminin fəaliyyətini qeydə alıb”, – deyə məlumatda qeyd edilib.…

Danimarka Rusiyanın təcavüzü fonunda donanmasını yeniləyəcək

Danimarka yeni hərbi gəmilərə 40 milyard Danimarka kronu (5,5 milyard dollar) sərmayə qoyur. Ölkə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dəniz təhlükəsizliyini gücləndirməyə çalışır. Bunu Danimarkanın müdafiə naziri Morten Bodskov bildirib. Önümüzdəki 20-25 il ərzində qoyulacaq sərmayə çərçivəsində Danimarkada yeni hərbi gəmilərin hazırlanması üçün ölkənin dəniz sənayesi ilə əməkdaşlığa başlanılıb. “Rusiyanın Ukraynaya hücumu və Avropada yeni təhlükəsizlik…

Rusiyanın Ukrayna ilə sərhəd bölgəsində silah anbarı yanıb

Belqorod vilayətinin Valuyski şəhər rayonunun Timonova kəndi yaxınlığında – silah-sursat anbarı yanıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Rayon rəhbəri sakinlərin təhlükəsiz məsafəyə aparıldığını bildirib. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.  

Yeni partiya təsis edildi – Akif Nağı sədr oldu

Qarabağ Azadlıq Təşkilatı (QAT) bu gün VI (yenidən təşkil) qurultayı keçirib. Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evində keçirilən qurultayda QAT-ın bazasında Azad Vətən Partiyası təsis edilib. Qurultayda məruzə ilə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, adla bağlı uzun müddət müzakirələr aparıldıqdan sonra “Azad Vətən Partiyası” üzərində dayanıblar. Qurultayda Akif Nağı səsvermə yolu ilə…