Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı ilə bağlı Koordinasiya Komissiyası yaradılıb

Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb. Bu barədə Prezident.az məlumat verib. Məlumata görə, sərəncam təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin bu obyektlərdə baş verə biləcək qəzalardan qorunması və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi…

“Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv şəkildə danışıqlara qoşulacaq”

“Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv və səmimi şəkildə danışıqlara qoşulacaq”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Ermənistanın ehtiyatsız hərəkətlərinə baxmayaraq, Azərbaycan maksimum təmkin, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və səmimi iradə nümayiş etdirib: “12-14 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatından…

Finlandiya sərhədi rusiyalılar üçün bağlanır

Finlandiya rusiyalı səyahətçilərin ölkəyə girişini bağlamaq barədə fundamental qərar qəbul edib. Xəbəri açıqlayan Finlandiyanın xarici işlər naziri Pekka Haavisto rusiyalılara münasibətdə yeni siyasətin xüsusilə sərt olacağını qeyd edib. Məlumata görə, bir neçə gündən sonra (dəqiq tarix göstərilməyib) ölkəyə turist vizası ilə daxil olmaq mümkün olmayacaq. Qərar Finlandiya və Şengen Sazişinin bir hissəsi olan hər hansı…

İranda İlon Maskın peyk interneti bloklandı

İran hökuməti “Space-X”in  peyk interneti ilə mübarizə məqsədilə ölkədəki bir çox operatorlar üzərindən “Starlink”in saytına girişi bağlayıb. “SpaceX” və “Starlink” şirkətlərinin baş direktoru İlon Mask Amerika dövlət katibi Entoni Blinkenin İran xalqının internet xidmətlərinə çıxışını genişləndirmək üçün lisenziya verilməsi ilə bağlı tvitinə cavab olaraq yazıb ki, o, İranda “Starlink” peyk internetini aktivləşdirir. Araşdırmalar göstərir ki,…

Sakit okeanda yeni ada peyda olub

NASA Rəsədxanasının məlumatına görə, Sakit Okeanın cənub-qərbində yeni ada peyda olub. O, Yeni Zelandiya və Tonqa arasında yerləşir. Məlumata görə, hazırda ada hələ kiçikdir, lakin böyüməyə davam edir. Belə ki, onun krateri təxminən üç kilometr yüksəkliyə lava, buxar və kül püskürür. Ada sentyabrın ortalarında başlayan Houm vulkanının püskürməsi nəticəsində yaranıb. Altı gündə adanın diametri 170…

Qalaktikamızdakı müəmmalı titrəyişlərin səbəbləri məlum oldu

Süd yolundakı müəmmalı pulsasiyaların səbəbləri məlum olub. İsveçin Lund Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup “Gaia” kosmik teleskopunun məlumatlarından istifadə edərək Süd Yolunun xarici diskinin böyük hissələrinin titrədiyini sübut edib. Bu dalğalanmalar yüz milyonlarla il əvvəl qalaktikamızı silkələyən və hazırda Oxatan bürcündə görünən cırtdan qalaktikadan qaynaqlanır. Alimlərin sözlərinə görə, Süd Yolu 100-400 milyard ulduzdan ibarətdir. Onlardan…