“Avropanın daha 3 ölkəsi Azərbaycandan əlavə qaz almaq istəyir”

“Avropanın daha 3 ölkəsi – Rumıniya, Macarıstan və Slovakiya Azərbaycandan əlavə qaz almaq istəyir”. Bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. “Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi – Rumıniya,…

Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. APA-nın yerli bürosu xəbər verir ki, teleqüllə Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri ilə əlaqədar Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Qeyd edək ki, sabah Tbilisidə “Tbilisoba” şəhər bayramı keçiriləcək. Eldar Əzizov bayram tədbirlərində iştirak…

“NATO Ukrayna müharibəsinə qoşula bilər”

“Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı müharibə əməliyyatlarına qoşula bilər”. Bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib. Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya Federasiyası Ukrayna ərazisinə atom bombası atarsa, bu, Təhlükəsizlik Şurası üzvlərinin konsensusunu pozacaq. Bu da NATO-nu Ukrayna müharibəsinə müdaxilə etməyə məcbur edəcək.

“Yaponiya və Çin dünyada sülh və firavanlığa görə məsuliyyət daşıyırlar”

“Regional və qlobal miqyasda sülh və firavanlıq üçün böyük məsuliyyət Yaponiya və Çinin üzərinə düşür”. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda simpozium iştirakçılarına müraciəti zamanı deyib. Simpozium iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 50 illiyinə həsr olunub. Baş nazir eyni zamanda bu dövlətlərin ikitərəfli münasibətlərdə müxtəlif problemlər yaşadığına da diqqət çəkib. Kişida Yaponiya…

“Ukrayna Rusiyanın hesabına bərpa olunmalıdır”

Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib. “Ən vacibi Ukraynanı necə bərpa etmək barədə düşünməkdir və şübhəsiz ki, Rusiya bunun qarşılığını ödəməlidir”, – o, İspaniyanın La Toja Forumunda çıxışı zamanı deyib. Borrelin fikrincə, “Avropada təhlükəsizlik strukturunu” yenidən qurmaq lazımdır, lakin bunun üçün “müharibəyə…

Rusiyanın Bolqarıstandakı səfirliyinin girişinə qırmızı boya tökülüb

Bolqarıstanda deputatlığına namizədlər cümə axşamı Rusiyanın Sofiyadakı səfirliyinin əsas girişinə qırmızı boya töküblər. Jandarm əməkdaşları qaydanı pozanları yerindəcə saxlayıb. Hadisənin şahidlərinin sözlərinə görə, saxlanılanların anti-Rusiya ritorikası ilə çıxış edən və oktyabrın 2-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinə qatılacaq Demokratik Bolqarıstan koalisiyasının nümayəndələri olduğu üzə çıxıb. Rusiya səfirliyi diplomatik missiyaya növbəti hücumdan hiddətlənərək, onun lazımi təhlükəsizliklə…

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanın müdafiə naziri ilə görüşdü

Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin…

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi – Video

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncam Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb. Qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər…

“Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözləyirlər”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Denizlidə mətbuat konfransında Azərbaycan qazı ilə bağlı danışıb. Mətbuat konfransı nazirin “Twitter” hesabından canlı yayımlanıb. M.Çavuşoğlu qeyd edib ki, hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir. “Qazın dünya dövlətlərinə çatdırılması məsələsində hamının gözü, qulağı Türkiyədədir. Məsuliyyətimiz böyükdür”, – deyə o bildirib. Çavuşoğlu taxıl böhranı məsələsinə…