Almaniya NATO-nun Çevik Reaksiya Qüvvələri qrupuna rəhbərlik edəcək

Yanvarın 1-dən etibarən Almaniya NATO-nun 11,5 min nəfərlik Çevik Reaksiya Qüvvələri qrupuna rəhbərlik edəcək. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. “Bazar günü (1 yanvar 2023-cü il) Almaniya NATO-nun ən yüksək hazırlıqlı hərbi hissəsinin komandanlığını öz üzərinə götürəcək. Bir neçə gün ərzində özünün minlərlə hərbçisini yerləşdirilmə üçün hazır vəziyyətə gətirəcək”, – deyə məlumatda qeyd edilir.

ABŞ-də İran PUA-larının istehsalı və satışına qarşı proqram hazırlanıb

ABŞ prezidenti Co Baydenin administrasiyası İran dronlarının istehsalı onların Rusiyaya ötürülməsinin qarşısını almaq məqsədi daşıyan nəhəng proqram hazırlayıb. Məlumata görə, Ağ Ev həmin PUA-larda Qərb texnologiyalarının, o cümlədən ABŞ texnologiyalarının aşkar edilməsindən sonra İran dronları ilə bağlı işi gücləndirib. Amerikalılar artıq ukraynalı hərbçilərə rusiyalı həmkarlarının İran PUA-larının buraxılış yerləri haqqında məlumat verirlər. Həmçinin ABŞ şirkətləri…

2022-ci ilin ən gəlirli filmləri açıqlandı

2022-ci ilin gəlirlilik baxımından ən uğurlu filmlərinin siyahısı açıqlanıb. Mütləq lider 1,48 milyard dollar qazanan “Top Gun: Maverick” olub. “Jurassic World: Domination” 1,003 milyard dollarla ikinci, “Doctor Strange: Into the Multiverse of Madness” filmi isə 955,8 milyon dollarla üçüncü olub. “Minions: Gruvitation” 939,4 milyon dollarla dördüncü yerdədir. “Avatar: The Way of Water” 889 milyon dollarla…

Ukraynada generalissimus Suvorovun heykəlini sökdülər

Ukraynanın Odessa şəhərində çar Rusiyası ordusunun sərkərdəsi Aleksandr Suvorovun heykəlini söküblər. Abidənin götürülməsini əks etdirən görüntülər yerli “Telegram” kanallarında yayılıb. Ukrayna mətbuatı yazır ki, abidə Odessa Milli İncəsənət Muzeyinə aparılacaq. Qeyd edək ki, ötən gün Rusiya imperatriçası II Yekaterinanın Odessadakı heykəli götürülmüşdü. Məlumat üçün əlavə edək ki, Rusiya tarixşünaslığına görə, II Yekaterina 1794-cü ildə Qara dənizdə sonradan…

QHT-lər BMT-nin Ali Komissarlığının Şuşadakı aksiya ilə bağlı məlumatına dair bəyanat yayıblar

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə bağlı 27 dekabr tarixində yaydığı məlumata dair vətəndaş cəmiyyəti nümayəndələri bəyanat yayıblar. Bəyanatda deyilir: “Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı…

Yeni il gecəsi Bakı metrosunda iş vaxtı artırılacaq

Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək və qurumun iş vaxtı 1 saat uzadılacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O bildirib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə günün tələbinə uyğun müvafiq dəyişikliklər ediləcək: “Dekabr ayının sonu…

Rusiya Ukraynaya 120-dən çox raket atıb

Dekabrın 29-da Rusiya Ukraynaya 120-dən çox raket atıb. Düşmən Ukraynanın kritik infrastrukturunu məhv etmək və daha çox mülki vətəndaşı öldürmək istəyir. PLATFORM4.NEWS xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında məlumat verib. “Şər rus dünyası” tərəfindən kritik infrastrukturu məhv etmək və dinc əhalini kütləvi şəkildə öldürmək üçün atılan 120-dən çox…

Kiyevə raket hücumu – Foto

Dekabrın 29-u saat 9.30-a olan məlumata görə, Kiyevdə hava hücumundan müdafiə qüvvələri kütləvi raket hücumu zamanı fəaliyyət göstərir. Vurulan raketlərin parçaları Darnitski rayonunda iki fərdi evə ziyan vurub. Bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. Qoloseyevski rayonunda sənaye müəssisəsi və Peçerski rayonunda uşaq meydançası da zərər görüb. “Zərərçəkənlərlə bağlı vəziyyət aydınlaşdırılır. Sakit olun! Hava…