“Qara dənizdə 1 trilyon dollarlıq qaz ehtiyatı kəşf etdik”

“Fatih” qazma gəmisi Çaycuma-1 yatağında dənizin 3323 metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısı ardından verdiyi açıqlamalar zamanı bildirib. Dövlət başçısının sözlərinə görə, ölkəsinin Qara dənizdəki qaz ehtiyatı 710 milyard kubmetrə çatıb. “Qara dənizdə kəşf etdiyimiz təbii qazın həcmi bugünkü rəqəmlərlə beynəlxalq bazarlarda…

Aİ-nin yeni missiyası artıq Ermənistandadır

Aİ-nin yeni texniki missiyası artıq Ermənistandadır. Bunu ölkənin İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Qeyd edək ki, dekabrın 19-da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyasına yol açacaq “keçid qrupu” ilə Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsinin başlandığını elan edib. Onun sözlərinə…